Rusiya TŞ katibi Astanada şok bəyanat verdi: "Terrorun izləri Ukrayna kəşfiyyatına uzanır"

img

03-04-2024 [16:50]


"Moskvadakı dəhşətli terrorun izi Ukrayna kəşfiyyatına uzanır".

Mia.az xarici mətbuata istinadlıa xəbər verir ki, bu sensasiyalı bəyanatı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 19-cu iclasında verib.

O bildirib ki, Moskvada “Crocus City Hall Concert Hall”da törədilən terror aktının izləri ABŞ-ın nəzarətində olan Kiyev administrasiyasından qaynaqlanır: "Bu hadisədə Ukrayna xüsusi xidmət orqanlarının əli var. Onlar sadəcə izi azdırmaq, yəni, törədilən terror aktının Ukrayna administrasiyası tərəfindən deyil, Rusiyada qadağan olunmuş DAİŞ-in Əfqanıstan qolu tərəfindən həyata keçirildiyi versiyasını dünyaya sırımağa çalışırlar. Halbuki, izlər Kiyevə gedir. Kiyev rejiminin də ABŞ tərəfindən idarə olunduğu hamıya məlumdur".

Patruşev DEAŞ, Əl-Qaidə və digər terror təşkilatlarının Vaşinqton tərəfindən yaradıldığını iddia edib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR