ƏRDOĞAN SEÇKİDƏKİ MƏĞLUBİYYƏTƏ QƏZƏBLƏNİB: "Xalqımızın bizi niyə CHP-nin arxasına itələdiyini bilməliyik" - "Ya biz kimi əriyəcəyik, ya da..."

img

03-04-2024 [10:00]


Prezident Ərdoğan lideri olduğu AK Partiya Mərkəz İdarə heyətini (MYK) 31 mart seçkilərində CHP-yə uduzmaları ilə bağlı toplayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, toplantıda Ərdoğan silahdaşlarına "heç kim toxunulmaz deyil" deyə onlara qapı göstərəcəyinin açıq mesajını verib.

Partiyanın qərargahında keçirilən 4 saatlıq toplantıda çıxış edən Ərdoğan bildirib ki, 10 ay əvvəl AK Partiyaya səs verən seçicilərin bu dəfə seçkiyə getməməsi, gedənlərin isə niyə onları deyil, CHP-ni seçməsinin səbəbi dərindən öyrənilməlidir.

AK Partiyanın ötən seçkidə qazandığı səs faizinin 44,3-dən 35,5 faizə, CUMHUR İttifaqının isə 51,6 faizdən 40,5 faizə endiyinə diqqət çəkən Ərdoğanın sözlərinə görə, ciddi səs itkisi yaşamaları həm təşkilat, həm qərargah, həm də namizədlərlə bağlı olub: "Xalqın bizə sandıq başına qəzəblənməsinə səbəb olan digər amillər var. Covid-19 epidemiyası ilə başlayan və Rusiya-Ukrayna müharibəsi ilə dərinləşən inflyasiya təzyiqi kimi yaşayışı bahalaşdırıb. Bəli, yüksək inflyasiya səbəbindən cəmiyyətin ən çox rifahını itirən təbəqəsi olan təqaüdçülər olub. Artıq pensiyaçılarımızın şikayətlərini görürdük. Həm birdəfəlik 5 min lirə ödəmə, maaşların yüzdə 50-yə qədər artımı və digər addımlarla onlara dəstək olmaq istədik, ancaq buna tam müvəffəq olmadıq.Təəssüflər olsun ki, əlimizdən gələni etdiyimiz və buna görə bədəl ödədiyimiz Qəzza böhranı kimi bir məsələdə belə siyasi hücumların qarşısını ala bilmədik və bəzi dairələri inandıra bilmədik. Bunlarla bağlı qiymətləndirmələrimizi mütləq edəcəyik. 

Bütün bunlarla bərabər, seçkidəki dərsimzidə təkəbbür xəstəliyi də var. Buradan başlayaraq əyalət, rayon və qəsəbə təşkilatlarına, bələdiyyə başçılarımıza, millət vəkillərimizə, hətta bürokratiyaya qədər uzanan bir problemlə qarşı-qarşıyayıq. Ancaq millətin sinəsindən doğan bir siyasi partiyanın ən böyük düşməni vətəndaşla arasına divar hörməkdir. Millətimizə göstərəcəyik ki, bu partiyada heç kim hansı mövqedə olursa olsun təsadüfi deyil. Təbii ki, bu özünütənqid prosesində ittifaq olaraq girib itirdiyimiz vilayət və rayonların vəziyyətini, eyni zamanda Amasya, Kütahya və digər şəhərlərdəki vəziyyətini də müzakirə edəcəyik.

Qurulduğumuzdan cəmi 15 ay sonra bizi hakimiyyətə layiq bilən, cəmi 10 ay öncəki seçkilərdə partiyamızı açıq-aşkar qalib edən xalqımız indiyə qədər iştirak etdiyimiz bütün seçkilərdə həmişə yanımızda olub. Biz son 22 ildə 17 dəfə seçki qutularından qalib ayrıldıq. 31 Martda isə xalq bizi bizi CHP-nin niyə arxasına itələdiyini çox diqqətlə təhlil etməliyik. Bu, sadəcə səs itkisi deyil, həm də qan və ruh itkisidir".

Partiya sədrinin sözlərinə görə, ya düşdükləri vəziyyətdən radikal qərarlar alaraq çıxacaqlar, ya da buz kimi əriyib yox olacaqlar.

Lamiyə Əhmədli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR