Van şəhərində gərginlik: şəhər bələdiyyəsinə seçkinin nəticəsi ləğv olundu, küçələr savaş meydanına çevrildi - FOTOLAR

img

02-04-2024 [18:30]


Türkiyədə 31 mart bələdiyyə seçkilərində Van Böyükşəhər Bələdiyyəsi sədrliyinə 55,48 faiz səslə qalib gələn kürdlərin partiyası - DEM Partiyanın namizədi Abdullah Zeydanın qələbəsinin ləğvi şəhərdə gərginlk yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Van üzrə seçki komissiyası prokurorluğun seçkidən iki gün əvvəl Abdullah Zeydan haqqında açılan cinayət işini əsas götürərək nəticəni ləğv edib: "Şəhər Seçki Komissiyasının digər qərarına əsasən, seçkidə ikinci yeri tutan AK Partiyanın namizədi Əbdüləhat Arvaş bələdiyyə sədri elan edilib. Bu isə DEM Partiyası və onun şəhərdəki tərəfdarlarını qəzəbləndirib. Onlar prokurorluğun qərarı əsasında nəticənin ləğvini rədd ediblər və küçələrə axışıblar.  Etirazçılar seçki komissiyasının məhkəmə qərarını gözləmədən qərar qəbul edildiyini bildirir və bununla bağlı həm məhkıəməyə, həm də Yüksək Seçki Qurumuna (YSK/MSK) şikayət edildiyini diqqətə çatdırıblar".

Məlumata görə, küçələrə çıxan etirazçılarla qarşı tərəf arasında dava düşüb, küçələr savaş meydanna çevrilib. Polis etiraz aksiyasına qaz bombası ilə müdaxilə edib. Hazırda şəhərə əlavə polis qüvvələri yönləndirlir.

Firudin Səfərli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR