Qazaxıstanda güclü daşqın: 1500 evi su basıb, minlərlə insan ev-eşiksiz qalıb - Hökumət təcili iclas keçirib

img

02-04-2024 [15:08]


Qazaxıstanda əriyən qar güclü selə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər  verir ki, Qazaxıstanın 5 vilayətində baş verən sellə bağlı Baş nazir Oljas Bektenovun başçılıq etdiyi hökumət təcili iclas keçirib.

İclasda çıxış edən baş nazir bildirib ki, havalar isindikcə ölkənin qərb, şimal, mərkəzi və şərq bölgələrində yeni daşqın dalğası artacaq: “Hazırda 1500-ə yaxın evin su altında qalıb. Bəzi rayonlarda nəqliyyat çöküb, 15 786 nəfər təxliyə edilib...".

Fövqəladə hallar nazirinin müavini Baurcan Sızdıkov da çayların daşma təhlükəsinə diqqəti çəkib: "İndiyədək kənd yerlərindən 6 min 187-si uşaq olmaqla, ümumilikdə 15786 nəfəri təxliyə etmişik. 50 kəndə gediş-gəliş kəsilib. Bu yaşayış məntəqələrinə vertolyotlarla qida və dərman göndərilib. Təhlükə hər an böyüyə bilər...".

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR