VALEH, SƏNƏ NƏ OLDU?! (Elegiya)
02-04-2024 [13:54]
Səxavət Tağlar,
Əməkdar müəllim, Prezident təqaüdçüsü
***
Qısa arayış:
Valeh Bahaduroğlu (Əliyev) 5 iyun 1960-cı ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Uşaqlıq və gənclik illəri o kənddə keçib. Kənd tam orta məktəbini başa vurduqdan sonra böyük arzu və istəklə 1980-ci ildə Gəncə Dövlət Universitetinin “Biologiya və kənd təsərrüfatının əsasları” fakültəsinə daxil olub.
1984-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib, bir necə il doğma İmişlinin ümumtəhsil məktəblərində müəllim işləyib. Həmişə əməyi təqdir olunub. “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına və “Öyrədəni öyrədən” statusuna layiq görülüb.
Pedaqoji fəaliyyətlə ədəbi yaradıcılığı paralel aparan Valeh müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdlü şair-publisist idi. 02 sentyabr 2023-cü il tarixdə haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin! Nur içində olsun!
Ədəbiyyat düşərgəsində, dostlarına və onu sevənlərə qalan isə yad olunacaq işıqlı dünyası və 10-dan çox ədəbi-bədii kitablarıdır.
İstedadlı pedaqoq, şair-publisist Valeh Bahaduroğlunun həyat yoldaşı Mehriban Əliyeva ali təhsilli sinif müəllimi, qızı Türkan Cəmilli ali təhsilli ingilis dili müəllimi, oğlu Xəzər isə orta ixtisas təhsilli mədəniyyət işçisidir.
***
Dünyasını dəyişib, tanıyanların qəlbində yaşayan Valeh Bahaduroğlu kimi istedadlı şair-pedaqoq, gözəl dost, həmkar haqqında düşüncələrimi yazmaq çox üzücüdür.
O dağların o üzündə
bir daş ağlar.
Olub qəmə yoldaş, ağlar.
ağlar, nə ağlar.
Əzəmətli daş heykəlinin önündə mən də daşa döndüm, Valeh! Sirli-sehirli, möcüzəli bu dünyanın qanunları ilə hal-əhvalsız yad etdim Səni! Nə yaxşı ki, qəlbimdə tükənməz Sənli xatirələr var. Nə yaxşı ki, sevgi-sevinc, dərd ortağı kimi bölüşdüyümüz fikirlər, şirin söhbətlər beynimdədir.
...Yazı çox sevirdin. Bu sevgi-istək təbiətinə də həmişə bahar təravəti gətirirdi. Ziyarətinə də bir bahar günündə getmişdim. Səssiz-səmirsiz söhbətimizdən çox təsirləndim. Bilirsən, yadıma nə düşdü?! Sən mənimlə çox fikirlər bölüşürdün, incikliklərini, dost münasibətlərini, həyat hadisələrini...
Mən isə zarafatla deyirdim ki, Valeh, sirr saxlaya bilmirəm, buğçanı çox açma. Deyirdin ki, təki mənim qəlbimdə dolananlar, ürəyimdən keçənlər, umu-küsülər sənin dilindən çıxsın, sənə özüm qədər inanıram!...
Hər ikimizin uşaqlıq yoldaşı, dostu, həmkarı və əzizi olan Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu və Vahid Tağıyev haqqında daha çox və səmimi bölüşürdük. Yaxın olanda nə olar, onlarla aramızda o qədər fikir ayrılıqlarımız olurdu...
Söhbətlərin, fikirlərin kimi poetik düşüncələrində də bəxt, tale payı, həyatın amansızlıqları görünür. Əslində Vətən sevgisi, yurd həsrəti, sədaqət hissi, eşq-məhəbbət və gözəllik barədə yüzlərcə gözəl şeirlərini dilə gətirmək, xatırlamaq istəyində ikən Valehin dost əlacsızlığını əks etdirən misraları ilə baş-başa qalırıq.
Dost da bir şey deyilmiş,
Bəxt sənə dost deyilsə.
Yayın-qışın nə fərqi,
Vaxt sənə “tost” deyirsə.
İstəsən bir günahı
Yuya bilməz yüz ahın.
Qoynunda bir zülmət var
Hər açılan sabahın.
Bu dəyirman həyatın
Ya daşı ol, ya dəni.
Fərqi yoxdur, demirsə
Bəxt əgər sən deyəni.
Valeh Bahaduroğlu ilə həyat piləkənlərində qoşa addımlamışıq. Uşaq kimi, gənc kimi, müəllim kimi və qələm dostu kimi. Bir məktəbin divarları arasında məktəb illərimiz keçib, eyni vaxtlarda ali təhsil illərimiz olub, doğma Əliqulular kənd tam orta məktəbində müəllim yoldaşı və qələm dostu olmuşuq. Bu yaxınlıq, dostluq oğlum Yasin tərəfindən də davamlı olub. Onların müəllim-şagird münasibətləri mükəmməl dostluğa sevrilmişdi.
Zəngləşmələri, tədbirlərdə bir-birini anmaları, yaxınlıqları mənə xüsusi zövq verirdi. Üzücü xəbər, dost itkisini də Yasinlə birgə yaşadıq...
Yasinin dedikləri: "2 sentyabr 2023-cü il tarix! Səhər-səhər Valeh müəllimdən mənə zəng gəldi. Həyətdə olduğumdan açmağa gecikdim. Sonra dalbadal nə qədər zəng etsəm də, əlaqə qura bilmədim. Atamla evdən çıxdıq. Mən işə getdim, atam isə...
On beş dəqiqə keçməmiş atam zəng etdi:
− Yasin, haradasan?
− Dedim, işdə...".
Valeh müəllimin dünyasını dəyişməsini üzülərək xəbər verdi. Birləşdik və bizə çox doğma olan insanın itkisinin kədərini birlikdə yaşadıq...
Qəlbimdə olan düşüncələrə hələ də aydınlıq gətirə bilmirəm. İlahi, görəsən mənə zəng edən Valeh müəllim özüymüş?! Özüymüşsə nə deyəcəyiymiş?!...
...Ailə üzvləri bizim çox yaxın olduqlarımızı bilirdilər. Bəlkə, ailədən kimsə bu itkini xəbər verirmiş?!..
Bütün təqdirlərdə Valeh müəllimin qəfləti dünyadan köç etmə xəbəri bizi sarsıdır.
Ruhun şad olsun, Valeh müəllim! Siz təhsilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və dostluğumuzun ağır itkisisiniz.
“Həqiqət və Reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev və üzücü xəbəri eşidən dostlardan gələn zənglər:
İsrafil müəllim:
− Səxavət müəllim, bu nə xəbərdi? Bizə dürüst məlumat verin...
− Yaxşı, zəng edəcəm.
Şair Dayandur Sevgin:
− Səxavət müəllim, biz Şamaxıda tədbirdəyik. Sosialdan Valeh müəllimlə bağlı üzücü xəbər oxudum. Nə məlumatınız?
− Hə, Valeh müəllim dünyasını dəyişib.
Dost zəngləri ara vermir...
Yaxın qohumu Sərvaz Hüseynoğlu:
−.... (telefonu açıram, danışa bilmir).
Təkrar mən yığıram:
−...
Fürsət tapıb, mən Valeh müəllimin qardaşı Tələtə zəng edirəm:
− Tələt, haradasınız? Mən hara gəlim?
− Səxavət müəllim, biz Daşkəsənin Xoşbulaq kəndindən çıxmışıq. Siz gəlməyin eee, biz gəlirik.
... Hec nə soruşa bilmirəm. Qəhər və göz yaşları ilə telefonumuz qapanır...
Dəfn günü.
Əliqulular kənd qəbirstanlığında el-oba, İmişlinin təhsil ictimaiyyəti, Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsi, Valeh müəllimi sevən insanlar, neçə-neçə şagirdi və qələm dostları onunla vida görüşünə gəlmişdilər. Hər kəsin də üz-gözündə bir ifadə var idi: VALEH, SƏNƏ NƏ OLDU?!
... Valeh müəllimin ailə üzvlərinin sızıltısı yerə-göyə sığmırdı. Həyat yoldaşı Mehriban xanımın, övladları Türkanla Xəzərin qəm-qüssəsi, gün ərzində heysiz-halsız yaşadıqlar kədər hər kəsi üzürdü. Bacı qardaşları da eynilə...
Həmişə “ANA”- deyə, müraciət etdiyi bacısı Fizzənin yanıqlı səsi bütün səslərdən uca idi. Hıçqırtılı səslə ağlayıb, ağılayırdı:
Əzizim qara, qardaş!
Ürəyim yara, qardaş!
Bizdən ayrılıb bu gün
Gedirsən hara, qardaş!
O sentyabr günü təbiət də elə bil sərinliyi ilə öz səxavətini əsirgəməmişdi. O sentyabr günü Valeh müəllimin valideynləri − Bahadur kişinin, Müxəstə ananın və dünyadan yeni köçmüş, sinəsi söz-söhbətli qardaşı, dostumuz Famletin qəbrləri önündə əkilmiş gül-çiçəklər də elə bil hər kəsə qoşulub 63 illik şərəfli həyat yolu keçmiş bir insanı ağlayıb, hüznə şərik, yas, matəm görkəmi almışdı...
Mərasimi tanınmış din xadimi Hacı Mirdamət ağa aparırdı. Onun təşəbbüsü ilə dost-həmkar fikirləri dilə gəldi.
Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə baş məsləhətçi Vahid Tağıyev, Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru Vilayət Muradlı, mərhumun dostu, həkim Ələddin Əliyev, məktəb direktoru Ozal Möhbalızadə, müəllim həmkarları − Şahsuvar Əmirahov, Atamoğlan İmranov və Əlizamin Əliyev öz xatirələrini söyləyib, mərhumun ailə üzvlərinə səbr dilədilər...
Son olaraq: Nə edək, əlimizdən nə gəlir?! Görünür Valeh müəllimin ömür payı belə imiş. Kim bu dünyanı tutub qalacaq?! Kimdir, bu həyatda əbədi ömür sahibi olan?! Bizim üçün nə qədər bu həyat, yaşam var, Valeh müəllimin əziz xatirəsi həmişə qəlbimizdə olacaq. O özü əziz idi, sözü, şəxsiyyəti uca tutmağı bacarırdı. Əlindən, əməlindən, adi danışığından belə heç kəs narazı qala bilməzdi. Ulu Tanrının dərgahında onun yeri cənnətdir.
Valeh Bahaduroğlunun bir neçə şeirini Sizə təqdim edirəm:
***
GEDƏK
Gələn, səni xoş gəlmisən,
Tut əlimdən durum, gedək.
Uşaqlar nigaran qalar,
Bir yalan uydurum, gedək.
Sıralandı köç sırası,
Ruhum bir qəfəs arası.
Bu iki nəfəs arası
Ömrü başa vurum, gedək.
Bir ağ mələyə döndərib,
Göylərdən yerə endirib.
Səni göndərən göndərib,
Ahom gedək, yavrum gedək.
Bağlayıbdı saç üzünü,
Nə olar ki, aç üzünü.
Sənin də bir iç üzünü
Son nəfəsdə görüm, gedək.
* * *
Yuxuma gəlib-eləmə,
Barı rahat yata bilim.
Gəldin, qovuşa bilmədim,
Get ki sənə çata bilim.
***
DÜŞÜRSƏN
“Ruhum bədəndən oynar”,
Yadıma sən düşürsən.
Ürəyimdə yerin çat,
Saçımda dən, düşürsən.
Yenə yuxuma girib,
Baxırsan qərib-qərib.
Yarı göydən göyərib,
Yarı göydən düşürsən.
Xatirələr selində,
Tutub ömrün əlindən.
Oxuyub quş dilində
Əldən-dildən düşürsən.
“Ruhum bədəndən oynar”,
Yadıma sən düşürsən.
Mən səni unutmuşam,
Bilməm nədən düşürsən?
***
O DAĞLARIN O ÜZÜNDƏ
O dağların o üzündə
bir daş ağlar.
Olub qəmə yoldaş, ağlar.
ağlar, nə ağlar.
Alışmayan ocağına,
Unsuz-dənsiz bucağına,
Baxıb soluna, sağına
Töküb qan-yaş, ağlar.
Əl çatmaz, ünü yetməz,
Nə amanı, ahı bitməz.
Gedən gəlməz, gələn gəlməz
gəzib sirdaş, ağlar.
Gözlədi haqqın səsini,
Qurammadı binəsini.
Ayrılığın badəsini
İçib sərxoş ağlar.
O dağların o üzündə
bir daş ağlar.
Ağlar, nə ağlar.
* * *
Nə olar, bir yol geri dön,
görüm üzünü.
Bəlkə unuda bildim.
* * *
Götür, özünlə apar,
sənli xatirələri.
Məni, unuda bilməmək
əzabından qurtar.
* * *
Hamı səni sevdi,
Hamı sənə üz tutdu İlahi.
Mən sənə uzanan əlləri sevdim.
Bir tikə çörək kimi
öpüb gözümün üstünə qoydum.
Hamı səni sevdi İlahi,
mən əllərimi.
***
XƏBƏRİ OLMADI
Yenə qovuşdum bahara,
Qışın xəbəri olmadı.
Sevdim gizlincə-gizlincə,
Yaşın xəbəri olmadı.
Şum elədim ürəyimi,
“Söz”dən aldım çörəyimi.
Qayış kəsdi kürəyimi,
Xışın xəbəri olmadı.
Dərd əlindən gülə-gülə,
Çəkdiklərim gəlməz dilə.
Qar ələndi qara telə
Başın xəbəri olmadı.
Sona yetdi yır-yığışım,
Qurtarmadı haqq savaşım.
Dəydi, nələr çəkdi başım,
Daşın xəbəri olmadı.
* * *
Bütün doğmalarıma ən yaxşı hədiyyəmdir,
ən yaxşı şeirim.
Onu da almağa imkanım olmur.
Hərdən qabağa düşür oğlumun velosiped təkəri.
Hərdən qabağa düşür
qızımın təhsil haqqı.
Hərdən qabağa düşür, kənddə bir inəyim var,
gündəlik ot payı.
Hələ ki yolumu gözləyir ən yaxşı çeirim,
Gözləyir yolumu
Balaca qardaşımın ümidinə
Qoyub gəldiyim anam kimi.
* * *
Dost da bir şey deyilmiş,
Bəxt sənə dost deyilsə.
Yayın-qışın nə fərqi,
Vaxt sənə ”tost” deyirsə.
Istəsən bir günahı
Yuya bilməz yüz ahın.
Qoyununda bir zülmət var
Hər açılan sabahın.
Bu dəyirman həyatın
Ya daşı ol, ya dəni.
Fərqi yoxdur, demirsə
Bəxt əgər sən deyəni.
***
ANA (Anamın qəbri önündə)
Hər gün gəlib baxıram baş daşında şəkilinə,
Hər gün də ürəyimdən qopub bir yarpaq düşür.
Hər gün ayağım altda bir qəbirlik çökür yer,
Hər gün də gözlərimə bir ovuc torpaq düşür.
Cavab verə bilmirəm dilsiz baxışlarına,
Yenə də söykəyirəm üzümü daş üzünə.
Ötən günün-saatın dönür xatirələri,
Dönür qaranquş kimi ömrün yaddaş üzünə.
Bu torpaqdı, bu da sən, bu atamın qəbiri,
Bu bütövlük önündə qarlı dağlar baş baş əyər.
Özün yaxşı bilirsən ağrıya əli yoxdu,
Arada ört üstünü atamın, soyuq dəyər.
Bir “can” kəlmənə dəyməz, günlərlə duram belə.
Ya yüz yol köks ötürəm, yüz yol çəkəm ah, ANA.
Günəş səcdəsindədir mərmər təbəssümünün,
Sən ey Şahənşah Qadın, sən ey Şahənşah ANA.
MİA.AZ
Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
Ərdoğanla Putin arasında telefon danışığı olub
Prezident İlham Əliyevdən paylaşım: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
Bakıda COP29-un bağlanış plenar sessiyası... - 300 milyard təsdiqləndi + VİDEO (YENİLƏNİB)
"Mənə bir də bu barədə sual verməyin" - Qurbanov
4 uşaqlı qadının 3 uşaq atası ilə gizli görüşü ikisinin də sonu oldu - "Əl-ayaqları bağlanaraq çəkiclə öldürülüblər" (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Londonda 24 saat ərzində 3 terror qorxusu yaşanıb - Biri ABŞ səfirliyinin yaxınlığında olub
Renad Dadaşovun komandası uduzub
TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”
Ankaraya qar yağıb, avtomobil yolunda hərəkət çətinləşib - FOTO
Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub - Açıqlama
İstanbulda 6 mərtəbəli fabrikdə çıxan yanğın 16 saat sonra nəzarətə alınıb - FOTOLAR (YENİLƏNİB)
PKK Suriyada Türkiyənin nəzarətində olan bölgəyə atəş açıb - Bir uşaq ağır yaralanb
HƏR PAYLAŞIMA 12 MİN MANAT... - Blogerlərin qumar biznesmenləri ilə gizli işbirliyinin detalları açılır
RUSİYANIN AVROPANI QORXUDAN "ÜÇBAŞLI RAKET"i: "Qarşısıalınmazdır, Avropadakı istənilən hədəfi maneəsiz vura bilər”
Hakan Fidan Lavrovla müzakirə aparıb - Telefonda
Qəzzada daha 23 mülki şəxs öldürülüb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvana da hökm edəcək - Cavid İsmayılzadənin "əli uzandı"
“Azərenerji” və “Azərişığ"a əlavə səlahiyyət verildi - Fərman
Ərdoğandan Netanyahu haqqında çıxarılan həbs qərarına ilk reaksiya: "Cəsur hökmdür..."
Zaur Mikayılovun digər müavini də məmur qardaşı çıxdı - FOTO
Türkiyə iki ölkədə terrorçuları zərərsizləşdirib
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - Maraqlı məlumatlar + FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident bir qrup şəxsi təltif edib - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar verilib
Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var
AGENTLİK SƏDRİNƏ DAHA 3 MÜAVİN TƏYİN EDİLDİ - Sərəncam + FOTOLAR
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
COP29 zolaqlarında yol nişanları sökülür
Cangüdən tələbi rədd olunan partiya sədri: “Əgər mənə sui-qəsd olusa..." - "Ölkədə xaos çıxarmaq üçün məni öldürmək istəyirlər"
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır, yoxsa...? - Təzadlı xəbərlər yayılır + FOTOLAR (YENİLƏNİB)
Laçın rayonunda zəlzələ olub (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Çinin həbs etdiyi, Trampın isə "dərhal azadlığına nail olacağam" dediyi media rəhbəri: "Bəli, ABŞ-dan siyasi dəstək almağa çalışırdım..."