Rusiya FTX: "Terror üçün pul və silah təmin edən daha 4 şübhəli saxlanılıb"

img

01-04-2024 [16:32]


"Moskvada terror aktı üçün pul və silah təmin edən 4 şübhəli saxlanılıb".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanda keçirilən xüsusi əməliyyatla bağlı açıqlamasında deyilir.

Bildirilib ki, əməliyyat nəticəsində Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktını pul və silahla təmin etməkdə şübhəli bilinən 4 xarici vətəndaş tutulub: "Saxlanılan silahlıların martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında törədilən terror aktını törədənlərin maliyyə və silahla təmin edilməsində bilavasitə iştirak etdikləri də müəyyən edilib”.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Nəticədə 144 nəfər ölüb, 500-dən çox yaralı var.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR