TÜRKİYƏDƏ SEÇKİ: İstanbul, Ankara, İzmir... - Ərdoğanın partiyası uduzur, CHP tarixi qələbə qazanır (CANLI YAYIM) -YENİLƏNİR

img

01-04-2024 [08:02]


Türkiyədə 31 martda keçirilən seçkilərdə səsvermə başa çatıb.

Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 18.00-da bütün ölkə boyu keçirilən seçki yekunlaşıb.

Artıq səslərin sayılmasına başlanılıb.

İlkin məlumata görə, CHP gözlənilənlərin əksinə ötən prezident və parlament seçkilərindən sonra ciddi toparlanıb. Belə ki, ana müxalifər partiyası hazırkı nəticələrə görə, İstanbul, Ankara, İzmir, Balikesir, Muğla, Antalya, Manisa və sair iri şəhər daxil olmaqla, ümumilikdə 35 şəhəri qazanıb.

Ərdoğanın lideri olduğu AKP isə 25 şəhərdə öndə olub.

CHP bununla da 1989-cu ildən bu yana ilk dəfə belə tarixi uğura imza atıb.

Belə ki, Əkrəm İmamoğlu İstanbuldan 50,43, onun rəqibi Murat Kurum isə 41,00 səs toplayıb.

Ankaradan isə Mənsur Yavaş AKP-li namizədə böyük üstünlüklə qalib gəlir - 58.92 qarşı 33.14.

İzmirdən də CHP-li namizəd Cəmil Tuğay 48.26 faiz səs yığıb, rəqibi AKP-li Həmzə Dağ isə 37.08 səslə onu izləyir...

Onu da qeyd edək ki, bu seçkidə Nəcməddin Erbakanın oğlu Fatih Erbakan və partiyası - Yenidən Refah AKP seçicilərini "yeyib". Hətta Şanlıurfa və Yozqatı AKP-dən alıb...

99.82 faiz sayılan səslərə görə, Türkiyə üzrə CHP 37.74 faiz, Ərdoğanın lideri olduğu AKP isə 35.49 səs toplayıb. 

Yenidən Refah Partiyası isə 6.19 faiz səslə Türkiyəin üçüncü güclü partiyası ünvanına sahiblənib.

Siyasi karyerası ziqzaqlarla dolu olan Meral Akşenerin lideri olduğu İYİ partiya isə gözlənldiyi kimi uğursuzluqla üzləşib.

***

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində 32 şəhər üzrə səsvermə başa çatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 32 şəhərdə yerli vaxtla saat 07.00-da başlayıb və saat 16.00-da başa çatıb. Qalan 49 ş\əhərdə isə səsvermə saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Bel\əliklə, Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Antep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Maraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli, Urfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İğdır və Kilisdə seçki məntəqələri bağlanıb.

İstanbul, Ankara və İzmir də daxil olmaqla digər 49 şəhərdə isə səsvermə hələ davam edir.

Xatırladaq ki, səsvermədə 61 milyon 441 min 882 seçici təxminən 208 min seçki qutusunda səs verir.

***

Bu gün Türkiyədə bələdiyyə seçkiləridir.

Mia.az xəbər verir ki, əsas diqqət böyük şəhərlərə - İstanbul, ankara, İzmir, Konya, Bursa və digər şəhərlər yönəlib.

Bu şəhərlərdə əsas rəqabət hakim AKP ilə ana müxalifət partiyası olan CHP-nin namizədləri aarsında gedəcək.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR