Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
01-05-2024 [16:48]
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Biuldirlib ki, fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hazırda iş üzrə bütün qanunazidd hallar tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyaAt tədbirləri davam etdirilir.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
***
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya - Karantin Mərkəzi”ndə əməliyyat keçirib.
Mia.az xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.(APA)
Superliqanın son həftəsinin təqvimi açıqlanıb
İsrail Livanın cənubunda Hizbullah yaraqlısını öldürüb
Pentaqon rəhbəri 50 ölkə naziri ilə bir arada: "Ukraynaya göndərdiyimiz yeni yardımlar döyüşdə ciddi fərq yaradacaq"
İRNA: "İbrahim Rəisi bu gün Qum şəhərində dəfn ediləcək"
Masallıda dəhşətli qətl: əvvəl güllələdi, daha sonra isə bıçaqladı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət Departamenti İrana həm başsağlığı, həm də demokratiya mesajı verdi: "Qətiyyən üzr istəməyəcəyik"
Çin 4 qabaqcıl texnologiyalı peyki orbitə buraxıb - Yer kürəsini müşahidə edəcəklər
İranın keçmiş XİN başçısından ABŞ-a ittiham: "Rəisinin öldüyü qəzaya görə məsuliyyət daşıyırlar"
Ədliyyə naziri Fərid Əhmədov vətəndaşları qəbul edib
BU DEPUTATLARI EROTİK VİDEO İLƏ ŞANTAJ ETMƏK İSTƏYİBLƏR
Ədliyyə Nazirliyinin məhkəmə və hakimlərlə bağlı səlahiyyəti geri alındı - Prezidentdən daha bir dəyişiklik
"Milli" statusu alan iki teatrın adı dəyişdirilir
Xidmət rəisi vəzifədən çıxarıldı
“Azərişıq” ASC-də yeni idarələr yaradıldı - SİYAHI
Azərbaycan çempionatı: pley-off oyunlarının vaxtı açıqlanıb
Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
Tədavülə yeni metal pul nişanları buraxılıb -FOTO
Qarabağ zonasında daha 308.7 hektar ərazi minalardan təmizlənib
Vergi orqanlarında xidmət haqqında qanun təsdiqləndi - Dəyişiklik
Prezident müddətli həqiqi hərbi xidmətlə bağlı sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QARABAĞ UNİVERSİTETİNƏ YENİ REKTOR TƏYİN OLUNDU - Sərəncam
Rusiya MN açıqladı: "Beloqorovka qəsəbəsini tamamilə ələ keçirdik"
Özünü mülki geyimli polislərə "ələ verən" aktrisadan xəbər var - Serialdan qovulmayacaq
Putinin sözçüsü: "Zelenskinin səlahiyyət müddətinin başa çatması əməliyyata təsir etməyəcək"
Borrel İrana başsağlığı verib
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
İraqda bir günlük matəm elan edilib
Xankəndiyə yeni prokuror təyin olunub - O, kimdir?
Milli komandamız yoldaşlıq turnirinə qatılacaq
MN-də 143 milyon manatlıq fırıldaq: "İşimizi aşırmaq və..." - General və sabiq rəislər "dalan"a dirənib
"İran xalqının kədərinə şərikik" - Əli Əsədov
Artilleriya bölmələri döyüş atışlı taktiki təlimdə - VİDEO
Lavrov: "Rəisi və Abdullahiyan əsl etibarlı dostlar kimi tanınırdı"
Mirmahmud Mirəlioğlu: "Öz məsələm dəqiq deyil"
BMT: "Rəfahdan qaçanların sayı artıq 810 mini keçib"
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib - FOTOLAR
Sabahın hava proqnozu açıqlanıb
Livanda 3 günlük matəm elan edilib - İran prezidentinə görə
İzmirdə 20 İŞİD üzvü tutulub
İlham Əliyev Kamerun prezidentinə məktub göndərib - MƏTN
Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb