İcra başçısı qarış-qarış satır, komitə isə sökdürür - Vüqar Zeynalov şəhərin mərkəzini "tolkuçka"ya çevirib (FOTO)

img

30-03-2024 [13:27]


Bakının Səbail rayonunun Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçələrinin kəsişməsində (Fəvvarələr Meydanı) qanunsuz tikilmiş qeyri-yaşayış obyekti sökülüb.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Bildirilib ki, Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin obyektlə bağlı daxil olmuş sorğu əsasında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirib.

Bu zaman ərazidə özbaşına tikinti faktı təsdiqlənib. Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından ötən gün axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib.

Qeyd edək ki, bundan əvvəl də komitə orada daha bir qanunsuz tiklini sökdürüb.

Onu da xatırladaq ki, Vüqar Zeynalov Səbailə icra başçısı təyin olunandan sonra qeyd edilən meydanda, o cümlədən "Tarqovı" zonasında belə qanunsuz tiklilər və obyektlərin sayı kəskin artıb. Hətta iddia olunur ki, icra başçısı qeyd edilən ərazidə kiçik "polka"lar üçün aylıq minimum 5 min mana tələb edir. O səbəbdən icra başçısına hətta mediada da "metrə Vüqar" ayaması qoyulub.

Samir Musayev

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR