Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumətdən qərar (DETALLAR) - Yenilənib
03-05-2024 [11:39]
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
***
Xəbər verdiyimiz kimi, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiqlənib.
Mia.az xəbər verir ki, otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərinin Baş Plan konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi, tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə şəhərsalma sahəsində irimiqyaslı layihələrin müəllifi olan İsveçrənin “sa partners” şirkətinin və Bakı Dövlət Layihə İnstitutunun təcrübəli mütəxəssisləri tərəfindən hazırlanıb.
Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub.
Qeyd edək ki, şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.
Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub.
Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.
Plana əsasən, şəhər ərazisinin 22 %-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək.
Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək.
Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət (xüsusən turizm) və kənd təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan “İstisu” sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin inkişafına təkan verəcək obyektlər də inşa olunacaq. Bütün bunlar isə əhalinin dayanıqlı məşğulluğuna əlverişli zəmin yaradacaq.
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb - FOTO
Azərbaycan nefti cüzi bahalaşıb
Balotelli cəzalandırıldı
Ərtoğrul Sağlam: "'Kocaelispor"u Super Liqaya çıxaracağıq"
İsrail Qaçqınlar düşərgəsini yenə bombalayıb
AVRO-2024: Niderlandın heyəti açıqlandı - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məşhur aktyor Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Səlahəddin Dəmirtaşa 42 il həbs cəzası verildi
Əliyevlə Lukaşenko “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTOLAR
Lukaşenko Azərbaycanda: Prezidentlər görüşüb, yeni sənədlər imzalanıb - Bəyanat (FOTOLAR) - Yenilənib
Nigeriyada məsciddə partlayəş - 11 nəfər ölüb, yaralılar var
Ərdoğan Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb - FOTO
Bakıda axtarışda olan qadın saxlanılıb
Niyə pensiya deyil, müavinət verilir? - MARAQLI FAKTLAR
Yardımlıda narkokuryerlər tutulub - FOTO
Nazir baş həkimi vəzifədən azad edilib
Qarabağ Universitetinə sözçü axtarılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Anderson Taliska "Beşiktaş"a dönür?
Türkiyə Mərkəzi Bankın ehtiyatları bir həftəyə 7.5 milyard dollar artıb - Qızıl isə...
Bələdiyyə sədri həbs olunub - Açıqlama
Lukaşenko Şəhidlər xiyabanını ziyarət edib
İki teatra milli status verilib - Hökumətdən qərar
Fikrət Məmmədovun daha bir kadrı "vurulub" - "Mən yeni vəzifəyə təyinat almamışam" (Yenilənib)
Deputat icra başçısını qınadı: "Zirzəmisinin şəhid ailəsinə ayrılması başadüşülən deyil"
Qəzzada savaş: ölənlərin sayı 35 272-yə çatıb
Dünyanı heyrətə salan olay: 17 yaşında yoxa çıxan gənc 27 il sonra qonşunun tövləsindən tapıldı - FOTO
Şırnakda PKK-ya qarşı daha əməliyyat: 40 nəfər saxlanılıb
ABŞ Konqresinin binasında kokain tapılıb - Polis açıqladı
İsrail İordan çayının qərb sahilində həbsləri dayandırmır
Güllələnən Baş nazirdən yeni xəbər var: "Həyatına təhlükə yoxdur" - 71 yaşlı sui-qəsdçi şair "medianı məhv edib" deyir
Azərbaycanda əhali artıb
Sabah yağış yağacaq
Mətbuat katibi: "Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq"
Ruben Vardanyanın həbs tədbirinin müddəti uzadıldı (Yenilənib)
Rəqsanənin mülklərinə həbs qoyulub
TAKSİLƏRDƏ QİYMƏT ARTIRILIR - Bu tarixdən...