BƏƏ-nin qurucu liderlərindən biri vəfat edib - 7 günlük matəm elan olunub

img

02-05-2024 [00:34]


Birləşmiş Ərəb Əmirliklərinin yaradılmasında əsas şəxslərdən olan Dubay Əmirliyinin Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyanın dünyasını dəyişib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xəbər agentliyi WAM açıqlama yayıb.

Bildirilib ki, Şeyx Təhnun bin Məhəmmədin vəfatından sonra ölkədə bayraqlar yarıya qədər endirilib, 7 günlük matəm elan edilib.

Xatırladaq ki, Şeyx Təhnun bin Məhəmməd 1971-ci ildə BƏƏ-nin yaradılması zamanı ölkənin qurucu lideri Əl Nəhyanla birgə çalışıb.

O, Kənd Təsərrüfatı Nazirliyi ilə ölkənin neft və təbii qaz şirkəti olan ADNOC-un direktoru olub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR