Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi

img

02-05-2024 [00:56]


Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Almaniyanın "Borussiya Dortmund" komandası Fransanın PSJ komandası ilə üz-üzə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, britaniyalı hakim Entoni Teylorun idarə etdiyi oyunda hesabı 36-cı dəqiqədə Fullkrug açıb.

Oyunun qalan dəqiqələrində hesab dəyişməyib.

Beləliklə, ilk oyun almanların xeyrinə başa çatıb. Cavab qarşılaşmasi mayın 7-də olacaq

Xatırladaq ki, yarımfinalın digər oyununda srağagün "Real" səfərdə "Bavariya" ilə 2-2 edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub