Kolumbiya İsraillə diplomatik əlaqələri kəsdi - Prezidentdən sərt açıqlama

img

02-05-2024 [00:27]


Kolumbiya İsraillə diplomatik əlaqələri kəsməyə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro bəyanat verib.

O, paytaxt Boqotada keçirilən "1 May Əmək və Həmrəylik Günü" bayramına qatılaraq Bolivar Meydanında xalqa müraciət edib.

Prezident bildirib ki, İsrailin Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları səbəbindən bu gündən İsraillə diplomatik əlaqələri kəsiləcək: "Çünki İsrail faktiki soyqırım həyata keçirir. Bu gün küçələrə çıxan bütün bəşəriyyət bizimlə həmfikirdir. Biz soyqırım dövrünə qayıda bilmərik. İnsanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölürsə, bəşəriyyət də ölür”.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR