“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb

img

02-05-2024 [12:47]


Azərbaycanda fəaliyyətdə olan prosessinq mərkəzi “Azərikard” MMC-nin direktor müavini vəzifəsindən ayrılaraq Türkiyədə karyerasını davam etdirəcək.

Banker.az-a şirkətə yaxın mənbədən bildiriblər ki, “Azərikard”ın baş direktorun müavini Ersin Ünsal aprel ayından etibarən şirkətdəki vəzifəsindən ayrılıb.

E.Ünsal 2020-ci ilin sentyabrından şirkətdə müvafiq vəzifəyə təyin edilmişdi. Onun yeni iş yeri İstanbuldakı “PozitifTech” şirkəti olacaq.

“Azərikard”ın baş direktoru Fərid Quliyevdir. Onun iki müavini var – Zakir Əhmədov və Fərid Məmmədzadə.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA