BAKIDA PARKLANMA OYUNU: AYNA rəhbərinin "siyasəti" narazılığı böyüdüb - DETALLAR
İQTİSADİYYAT
28.03.2024, 09:23
Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” yerlərinin qıtlığıdır. Şəhərdə küçələrin piyadalaşması və avtomobilsizləşdirmə prosesi gedir.
Və şəhər təsərrüfatını əhatə edən bütün digər fəaliyyətlər kimi bu da ağrılı keçir. Ona görə yox ki əhali yeniliklərə açıq deyil, xeyr. Ona görə ki, fəaliyyətlər düzgün aparılmır, hesablamalar düzgün deyil.
Narazılıq var
Paytaxtın Xaqani küçəsi, “Xaqani” parkı (“Malakan” bağı) ətrafı piyadalaşdırılır. Müsbət təşəbbüsdür. Piyadalar üçün.
Bəs o ərazilərdə, ətraflarda çalışanlar üçün də müsbətdirmi? Xeyr. Çünki nəinki həmin civarda, ümumiyyətlə, şəhərin mərkəzində hər nə desən var: muzey, mədəniyyət ocaqları, ictimai təşkilatlar, məktəb, uşaq bağçası, ali təhsil müəssisələri, “n” sayda ofis, şirkət binaları, market, mağaza, AVM-lər, restoranlar, kafelər, iaşə obyektləri, “shpoinglər” yerləşir. Üstəlik, yeni tikililər də bir tərəfdən sıxlıq yaradır.
Son 10 ildə şəhərdə avtomobil sayı həddindən artıq artıb. Tıxaclar stress, əsəb mənbəyidir. “İctimai nəqliyyatdan istifadə edin” çağırışları divara dəyib RİNN-in, AYNA-nın, Nəqliyyatı Əlaqələndirmə Şurası-filan... üzünə qayıdır. Çünki ictimai nəqliyyatın fəaliyyəti sıfırdır, gündən-günə pisləşir, yaxşılaşmaq əvəzinə. Belə vəziyyətdə işə, dərsə şəxsi avtomobili ilə gedənlərin sayı da artır, işə gecikməmək üçün taksi xidmətindən istifadə edənlərin də. Nə qədər söyləmək olar: əvvəlcə ictimai nəqliyyatı abıra salın, sonra “yenilikçi qərarlar” verin. Qadağan etmək asandır.
Bəs bu avtomobillər harada “posadka” etməlidir, harada dayanmalıdır?
Bunun üçün parkinqlər təşkil edilməlidir. Edilir. Amma qiymətlər durmadan artırsa, təbii ki, narazılıq yaranacaq. Yol kənarında inşa edilmiş hündürmərtəbəli binaların ilk 1-2 mərtəbələri market, iaşə obyektləridir. Alış-verişə gedən birisi avtomobilini marketin önündə saxlayacaq deyə yarım saata görə 1 manat ödəməlidir. Bunun harası vətəndaşın xeyrinə oldu?
Şəhərin mərkəzində - tarixi binalar olan ərazilərdə bu qədər yeni tikililərə, ofislərə, marketlərə, iaşə obyektlərinə, restoranların olmasına icazə verilməməliydi. Şəhərdə barmaq qoyulası nöqtə qalmayıb, santimetrinədək satılıb, indi isə piyadalaşma və avtomobilsizləşdirməyə başlayıblar. Piyada rahat hərəkət etdi, bəs avtomobili olan neyləsin, harada saxlasın, hər gün parkinq üçün ödəniş etsin? Şəhərimiz belə olmamalıydı, belə vəziyyətə salınmamalıydı. Şəhəri bərbad günə qoyanlardan hesab sorulmur, əvəzində əhalinin cibinə girirlər…
Küçələr piyadalaşır…
Son günlərin “yenilikləri”nə baxaq; Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək. 17 mart tarixindən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib.
Küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana biləcəklər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınacaq və onlar əraziyə buraxılacaqlar. Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən olacaq. Məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaları üçün ərazidə yaşayan sakinlərə “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə olunur. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir. Bakı şəhərinin mərkəzi hər zaman sakinlərin və qonaqların ən sıx ziyarət etdikləri məkandır. Həftəsonları isə piyadaların sayı dəfələrlə artır. Ərazidə böyük piyada axınının müşahidə edilməsi burada təhlükəsiz istirahət zonasının yaradılmasını zəruri edib.
Ciblər dolur…
Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri parklanma müddətinə əsasən müəyyən edilir. Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur. 15-30 dəqiqə üçün bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur. Martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və
Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Belə ki, martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər də bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək. Gündəlik tariflər aşağıdakı kimi olacaq: 0-2 saat - 1 manat; 2-4 saat - 2 manat; 4-6 saat - 3 manat; 6-10 saat - 4 manat; 10-12 saat - 5 manat; 12-24 saat - 8 manat.
Aylıq tariflər isə belədir: Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat); Bütün günü (24 saatlıq) - 120 manat (60 manat); Qonşular tarifi - 50 manat (20 manat). Göründüyü kimi, aylıq tariflər 100-170 faiz artıb. Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi parklanma qiymətlərinin artımını belə izah edib: Hökumət evi, Qış Parkı və Mərkəzi Parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır. “Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”.
İctimai nəqliyyat olacaq?
Küçələrin piyadalaşması, bizim şəhərimizin də, nəhayət, insanyönümlü olacağından kimsə narazı deyil, əksinə, alqışlanmalı təşəbbüsdür. Lakin ammalar var axı. Mərkəzi küçələrdən, səki kənarlarından yığışdırılan avtomobillər “buxarlanacaq”? Xeyr. Başqa dayanma yeri tapacaqlar. Bu da əsasən, binaların həyətləri, gözdən uzaq küçələr, dalanlar olacaq. Orada yaşayanların rahatlığı və təhlükəsizliyi də vacibdir. “Azdrama” səmtindən avtomobillərin əsas hərəkət yolundan iç küçələrə yönlənidirilməsinin həmin dar küçələrdə necə tıxac yaratdığını vəzifəlilər görmür yəqin. Bəlkə də görürlər, veclərinə deyil. Sözümüzün “mustafası” budur ki, küçələri piyadalaşdırmaq üçün avtomobilləri ora-bura pərən-pərən salmaq deyil çıxış yolu. Bununla bir yol açılırsa, bir neçəsi qapanır, bir tərəfdə rahatlıq, digərində narahatlıq yaranır. Paytaxtımız elə bir labirint vəziyyətinə düşüb ki, hansı tərəfdən yanaşılır, “ələ-üzə bulaşır”.
Nəqliyyat eksperti Aslan Əsədov “Sherg.az"a açıqlamasında qeyd edib ki, iri marketlər, AVM-lər parkinq qiymətlərinin ümumi artımından “ruhlanıb”:
"Marketlərin, alış-veriş mərkəzlərinin, eləcə də restoran və şadlıq saraylarının qarşısında parkinq qiymətlərinin artması ümumi qiymət artımının təsiridir. Görürlər şəhərdə parkinq qiymətləri qalxıb, onlar da qiyməti qaldırır ki, “hər yerdə qiymət qalxıb, niyə biz az alaq?!”. İri marketlərin, super-storeelərin qarşısı parklanma yeridir və orada həmişə “parkovşik”lər dayanır, avtomobilləri yönləndirirlər. Problem bundadır ki, marketə alış-veriş etmək üçün gedən vətəndaşın 15 dəqiqə ərzində alış-veriş etməsi mümkün deyil. İstər-istəməz bu, vaxt aparan işdir. Digər tərəfdən, vətəndaş axtardığını orada tapmadıqda, başqa marketə də gedə bilər. Bu vəziyyətdə vətəndaş yenə parkinq ödənişi etməli olacaq. Belə çıxır ki, hətta vətəndaş heç nə almadığı təqdirdə də ödəniş etməlidir. Proses bərabər şəkildə, kompensasiyalı aparılmalıdır. Gələcək planlar icraya yönəlməmişdən müzakirəyə çıxarılaraq qəbul edilməlidir ki, narazılıq yaranmasın".
“Yeni çağ” Media Qrupunun başqanı Aqil Ələsgər isə “yenilikləri” belə şərh edib:
"Biz deyəndə ki, AYNA ölkədə sosial narazılıq yaratmağa, qaşınmayan yerdən qan çıxartmağa çalışır, etiraz edənlər vardı. İş yerinin önündə maşın saxlayan maaşını bunlara ödəməli olduğu kimi, indi Bakının ən hərəkətli zonası olan 28 May ərazisinə avtomobil buraxmamaq sosial narazılıq yaratmaqdan savayı heç nəyə yaramayacaq. Bunu “insana dəyər” kimi sırımağın da yeri yoxdur. Çünki bu, birbaşa vətəndaşa zülmdür. Əlində çantalarla yaşlı-qadın demədən insanlar minik vasitələrinə minmək üçün niyə uzun-uzadı sürünməlidirlər? Bu qərarlar verilmədən öncə niyə araşdırılmır? Yoxsa Nyu-York ştatının hansısa Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb deyə, AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? Gözü çıxan qardaşı Vüsal Kərimlinin aqibətini düşünsün. Cənab Prezident bunlardan xalqa xidmət tələb etdiyi halda xalqa qənim kəsilirlər. Bunun adı sabotaj deyildirsə, nədir?!".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Diplomatlar Gəncəsər Monastır Kompleksində - VİDEO
Bugün, 13:16 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 13:09 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
Bugün, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
Bugün, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
Bugün, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
Bugün, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
11.09.2026, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
11.09.2026, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
11.09.2026, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
11.09.2026, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
11.09.2026, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
11.09.2026, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
11.09.2026, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
11.09.2026, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
11.09.2026, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
11.09.2026, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
11.09.2026, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
11.09.2026, 15:44 GÜNDƏM
-
ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi
11.09.2026, 15:32 GÜNDƏM
-
“Tamaşaçı üçün nə fərqi var ki, məni yutubda izlədi, yaxud da televiziyada?”
11.09.2026, 15:30 PRESS
-
Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"
11.09.2026, 15:26 MƏDƏNİYYƏT
-
Xalq artistinin qızının keçmiş nişanlısı: "Məni qınayanların başına və balasının başına gəlsin"
11.09.2026, 15:23 ŞOU-BİZNES
-
Elman Rüstəmov bank sektorundakı təsirini gücləndirir - "Access Bank" "ələ keçirildi"
11.09.2026, 15:18 İQTİSADİYYAT
-
Aqrar Sığorta Fondunda yoxlama: nöqsanlar üzə çıxarıldı və...
11.09.2026, 15:02 İQTİSADİYYAT
-
Sumqayıt xəstəxanalarında kütləvi yoxlama və... - Kimlər vəzifələrini itirdi? (TAM SİYAHI)
11.09.2026, 14:35 CƏMİYYƏT
-
General yeni idarənin rəisi təyin edildi
11.09.2026, 14:21 CƏMİYYƏT