Borrell: "Suriya Konstitusiya Komitəsi fəaliyyətini bərpa etməlidir"

img

14-03-2024 [00:11]


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Suriya Konstitusiya Komitəsini təcili toplanmağa çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Suriyada vətəndaş müharibəsinin 13-cü ildönümü münasibətilə yaydığı açıqlamada söz açıb.

Suriyadakı vəziyyətin xalq üçün dəhşətli nəticələrini vurğulayan Aİ rəsmisi bildirib ki, bu, regionda sabitliyi pozub

Borrel BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya ilə bağlı davamlı və hərtərəfli siyasi həll çağırışını yeniləyib və 2022-ci ildən bəri toplanmayan Suriya Konstitusiya Komitəsinin dərhal fəaliyyətinin bərpasını tələb edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq