Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
28.04.2024, 00:15
Qoç - təlaş, narahatlıq, əməl və fəaliyyətdə bədgümanlıq hissləri yarana bilər. Yaxın ətrafınızdakı insanlardan birinin əməlləri sizi narazı salacaq. Kənar şərtlər və yaşananların zahiri görüntüləri olayların mənzərəsini dəyişərək stress yarada bilər. Hadisələrin ritmi, kənar təsirlərin intensivliyi dəyişəcək. Çoxdan bəri tanıdığınız insanlara yenilən bələd olacaqsınız. Alınan xəbərlər və yaranan problemləri ciddi təhlil edin.
Hər şey göründüyü qədər pis deyil. Bundan sonrakı fəaliyyət planı cari yeniliklər və dəyişiklikləri nəzərə alaraq yeniləyin, düşünün. Fəaliyyətdən imtina etməyin, münasibətlərdə sərinlik yaratmayın.
Buğa - günün fon gərginliyi spontan addımlar, gözlənilməz reaksiya və düşünülməmiş etiraflar yarada bilər. Mühüm iş, önəmli layihəni planlaşdırmayın.
Situasiyalar gözlənilməyən məcrada inkişaf edərək əvvəlcədən hazırlanmış planları alt-üst edə bilər.
Təmkinli, soyuqqanlı olun, hövsələsizlik etməyin.
Maraqlandığınız iş, proses və ya insan barədə mümkün qədər çox məlumat toplayın.
Yolda, elektron avadanlıq, kompüter texnikası ilə çalışarkən ehtiyatlı olun.
Yeni mövzu və ya insan diqqət mərkəzində ola bilər.
İntuisiyanıza qulaq verin. O, sizə necə hərəkət etmək gərəkdiyini bildirəcək.
Əkizlər - planlaşdırılmamış görüş, nəzərdə tutulmamış danışıqlar, mühüm məsələnin spontan müzakirəsi günüdür. Yaşananlar şok effekti yarada bilər, amma istənilən halda sizi narahat edən suallara səmimi, emosional cavab alacaqsınız.
Yaxşı tanıdığınızı düşündüyünüz insana yenidən bələd olacaq, bildiyiniz hadisələrin məzmununa yenidən agah olacaqsınız. Dostların adi şəraitdə izhar olmayan xüsusiyyət və məcazları stress vəziyyətdə tam aşkarlanacaq. Ehtiyatlı, sayıq olun. Riskli planlar, tədbirlərdən, səfərdən, təmirdən, məişət texnikası almaqdan imtina edin.
Nəzərdə tutulmamış xərclər və ideyalar, maliyyə məsələləri ilə bağlı istəklər ola bilər. Həmin ideyalarla istəkləri reallaşdırmağa tələsməyin.
Xərçəng - gözlənilməz hadisə, qəfil açıqlama, paradoks günüdür. Heç bir mühüm plan qurmayın, çünki belə plan mütləq şəkildə pozulacaq. Sükan arxasında, nəqliyyatda, yolda ehtiyatlı olun. Təmir işləri aparmayın, ailədə münasibətləri aydınlaşdırmağa çalışmayın, kollektivdə mübahisə etməyin. Ən mühüm situsiyanın məzmunu ilə yanaşı, yaşama münasibət belə, dəyişə bilər. Hər şey plan üzrə, ənənəvi axarı üzrə getməyəcək. Şəraiti istədiyiniz məcrada çözmək üçün qətiyyətli davranmalısınız.
Hisslər və münasibətlər üçün mürəkkəb gündür.
Münaqişə, mübahisə, süjetin arzuolunmaz inkişafı mümkündür. Sirr saxlamaq istədiyiniz məqam faş olur.
Cari məqsədə doğru gözlənilməz sayıla biləcək şərtlər vasitəsilə hərəkət edin.
Heç nəyi mürəkkəbləşdirməyin, axınla hərəkət edin.
Şir - ünsiyyət, informasiya axtarışı, dəvət alınan tədbirlərə qatılmaq zamanıdır. Yeni hisslər emosiyalar baqajını zənginləşdirə bilər.
Bu gün hansısa mühüm və ya çox önəmli hadisənin baş verməsi şansı azdır. Müəyyən məsələ istədiyiniz kimi olmayacaq, məcrasından çıxacaq. İnformasiya alınması və xəbərlərin əldə edilməsi kanallarını genişləndirin.
Təklif və dəvətlərdən imtina etməyin. Yeni problemlər yaratmamaq üçün ehtiyatlı, sayıq olun.
Qarşılıqlı səmimiyyət üçün səbəb yaranarsa, sevdiyiniz insan və onun niyyətləri barədə əlavə bilgilər əldə edə bilərsiniz. Effekt şok hissi yarada bilər, amma onun xeyri var. Hissləriniz rövnəqlənəcək, təmizlənəcək.
Münasibətlər müstəvisində qayda yaradın, yeni təcrübəni qəbul etməyə hazırlaşın.
Qız - mühüm olayların yaşana biləcəyi gündür. Enerji qıtlığı, qəflətən yorulma, daxili durumda geriləmə, işə və ya insana münasibətin dəyişməsi istisna deyil. Situasiya və xəbərləri izləyin, hisslərinizi nəzarətdə saxlayın. Hisslər, ailə münasibətləri, sevdiyiniz insanla təmaslarda həssas, səmimi, mehriban olun. Başqalarının əməllərinə görə hirsinizi sevdiyiniz insanlardan çıxmayın. Şəxsi münasibətlər müstəvisində hisslərin etibarlılığı və sevdiyiniz insana etimad sınağa çəkilə bilər. Sərt davranmayın, əks təqdirdə sevdiyiniz insanın qəlbinə dəyə bilərsiniz. İndiyədək cavab aradığınız suallar aydınlaşır, yaradıcı potensial yüksəlir. Evdə qaydaya riayətə diqqət edin. Axşam saatlarında istirahət edin.
Tərəzi - ruh yüksəkliyi günüdür. Lakin intellektual və emosional enerjini bədxərcliklə sərf etməyin. Əlçatmaz məqsədlərə çatmağa can atmayın.
Mövqelərin itirilməsi, hesabda yanlışlıq, məğlubiyyət istisna deyil. Yaxın perspektivə və qısa müddətə hesablanmış işlərdə uğur əldə etmək şansları çoxdur. Qətiyyətli, cəsur olun. Hansısa məsələ sizi qayğılandırırsa, amma həmin mövzunu inkişaf etdirmək üçün özünüzdə yetərincə qətiyyət hiss etmirsinizsə, ambisiyalardan əl çəkin. Belə olarsa, fərqli istiqamətdə irəliləyiş başlayacaq. Ən müxtəlif hadisələr baş verə bilər. Olayların sürəti çoxdur. Şəxsi münasibətlər müstəvisində hisslər və emosiyalara inanın.
Əqrəb - hadisələrin məcrası dağınıqdır. Hiss olunacaq dərəcədə xaos var. Qarışıq situasiyada istiqaməti mümkün qədər sürətlə müəyyələşdirərək konkret və effektiv addımlar atmağa çalışın. Yaşananları diqqətlə müşahidə edin, ətrafdakı insanların reaksiyalarına diqqət verin. Həmişəki durumlardan fərqli olaraq, mövqeləriniz indi səbatlı və güclü deyil.
Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş tutmayacaq planlar, puç xülyalardan qurtulun və rasionalist olun. Yeni orientirləri hissiyatınıza inanaraq seçin. İndi əsas məsələ tərəfdaşlıqda nizam yaratmaq, köhnə münasibətlərdəki mikroiqlimi bərpa etməkdir. Axşam saatlarında yaxşıca dincəlin ki, sabah yeni, ambisioz planı gerçəkləşdirə biləsiniz.
Oxatan - rasionalizm və stabilliyi qorumaq istəyi ilə atılan addımlar bu gün daha effektiv olmalıdır. Məntiqli davranın, emosiyalara uymayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə kobud və hiyləgər olmayın. Qəfil xəbərlər və dəyişikliklərin sürəti böyükdür. Praqmat olun, hisslərə qapılmayın. Ardıcıllığı pozmayın, çünki hadisələr axarının süni şəkildə dəyişməsi işlərinizin xeyrinə deyil. Yaşamı tədqiq edin, məhz sizə gərəkli nəsnələrə çatmağa, onları əldə etməyə çalışın.
Oğlaq - gərginlik hiss olunan bütün sahələrin qaydaya salınması, nizamlanması vaxtıdır. Hadisələr sizi ətalətdən çıxaracaq, bəlli məqamlar aydınlaşacaq.
Şəxsi münasibətlərdə problemlər ola bilər. Səmimi olun, qarşılıqlı anlaşmanın yeni səviyyəsinə yüksəlin. Hadisələrin axarına qatılmayın, müdaxilədən çəkinin.
Qarşılıqlı etibarı bir qədər sonra bərpa etmək olar. Dəyərləndirin, təhlil edin: bütün bunlar xeyrinizə olan məqamlardır. Sizi maraqlandıran xəbərin axtarışına çıxın. Perspektivdə gərəkli olan faydalı və ya gərəkli ünsürün tapılması istisna deyil. Hətta ən qısa məsafəyə səyahəti təxirə salın.
Dolça - emosional durumunuz və davranışınız yaxın ətrafınızdakı insanlara da təsir edir. Hansısa yeni mövzu həyatınıza qəflətən müdaxilə edəcək.
Yeni maraq, istək yaranacaq. Narahatlıq varsa, onun səbəblərini anlamağa çalışın. Günün energetikası yeni əlaqələr və təmaslar üçün əlverişlidir. Həmin təmaslar sizə çoxdan cavab aradığınız sualları aydınlaşdıracaq, perspektivlərin ilkin konturlarını göstərəcək.
Sürətli və çevik davranın, amma emosiyalara qapılmayın, məntiqlə hərəkət edin. Mühüm məsələlərdən birində mövqeyinizin dəyişikliklərə uğaraması qaçılmazdır. Önəmli qərar qəbul etməyin, vəd verməyin. İmpulsiv davranaraq ağır, geniş miqyaslı işə başlamayın. Əziyyət çəkə bilərsiniz.
Balıqlar - xırdalıqlar ciddi çətinliklər yarada bilər. İşlərin rəvan gedişatını qəfil xəbərlər və gərginlik, həyəcan və hisslər, yaxın ətrafınızdakı insanların emosiyaları narahatlıqlar yaradaraq poza bilər. Narazılıq artır, dərhal nəyisə dəyişmək istəyi yaranır. Düşünülməmiş addımlar atmayın, emosional davranmayın, riskli qərarlar qəbul etməyin.
İlk baxışdan parlaq və cazibədar təsir bağışlayan məsələlər sonradan əsl mahiyyətini aşkarlaya bilər. Çoxdankı təlaşın sonucu stress ola bilər. Sürətlə irəliləmək istəyi yaranır. Lakin ideya və təkliflərin dəyərləndirilməsini təxirə salın. Baş verənlərin ciddi təhlil və araşdırılmağa ehtiyacı var.
Günün ikinci yarısında bir sıra məsələlərə aydıqlıq gələcək. Proses intellektual baxımdan sürətli olacaq. Şərtlər əlverişli, şərait yaxşıdır.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ƏRDOĞANIN DAHA BİR MÜAVİNİ İSTEFA VERDİ: "Qaldı oğlum haqqında iddialara..."
Bugün, 00:04 SİYASƏT
-
Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
24.11.2026, 23:49 GÜNDƏM
-
Çempionlar Liqası: "Qalatasaray" "Aston Villa"ya qalib gəldi (Yenilənib)
24.11.2026, 23:34 İDMAN
-
Heydər Əliyev Fondunun vitse-prezident Mərkəzi Nəbatat bağında - FOTOLAR
24.11.2026, 22:06 GÜNDƏM
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - 5 hərbçi həlak olub + FOTOLAR
24.11.2026, 21:49 GÜNDƏM
-
Səhiyyə naziri özünə yeni müşavir götürüb - O, kimdir? + FOTO
24.11.2026, 20:30 CƏMİYYƏT
-
Dubay-Bakı reysindən gələn sərnişinlərlə gömrükçülər arasında gərginlik olub - SƏBƏB?
24.11.2026, 20:12 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ oldu - 4.6 bal gücündə
24.11.2026, 19:09 GÜNDƏM
-
ÇL: "Qalatasaray" - "Aston Villa"nı devirə bilərmi? - Süni intellekt platformalarının proqnozları
24.11.2026, 18:53 İDMAN
-
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə bir arada: "Bunlar hər iki ölkə üçün ciddi çağırışlardır"
24.11.2026, 18:47 SİYASƏT
-
Türkiyə parlamentinin keçmiş sədri vəfat etdi
24.11.2026, 18:44 GÜNDƏM
-
Azərbaycanla Gürcüstan arasında 18 yeni sənəd imzalanacaq
24.11.2026, 18:20 GÜNDƏM
-
Dövlət Xidməti: "Səbaildə memarlıq abidəsinin birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verilib"
24.11.2026, 18:03 CƏMİYYƏT
-
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - Bakıda
24.11.2026, 17:52 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı - Hansı məsələlər müzakirə olunacaq? - SİYAHI (Yenilənib)
24.11.2026, 17:37 GÜNDƏM
-
Dövlət Miqrasiya Xidməti rəisinin 10 il əvvəlki şəkili...
24.11.2026, 17:21 CƏMİYYƏT
-
Şəfa və fədakarlıq nümunəsi: Hikmət həkim... - FOTOLAR
24.11.2026, 17:15 CƏMİYYƏT
-
Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı
24.11.2026, 17:09 PRESS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
24.11.2026, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - Nələr müzakirə olunub?
24.11.2026, 16:56 GÜNDƏM
-
RUSİYA UKRAYNA MÜHARİBƏSİ SƏRHƏDLƏRİ AŞDI - Savaşın Aralıq dənizinə sıçraması nə vəd edir? (TƏHLİL)
24.11.2026, 16:45 GÜNDƏM
-
Gəncənin baş həkimi və şöbə müdiri vəzifədən azad edildi
24.11.2026, 16:35 CƏMİYYƏT
-
"O, ağır depressiyaya düşüb və..." - Ramiz Mehdiyevin kürəkəni və oğlu Əli Kərimlinin məhkəməsində!
24.11.2026, 16:24 GÜNDƏM
-
Hava ilə bağlı daha bir - Xəbərdarlıq
24.11.2026, 16:14 CƏMİYYƏT
-
NAZİRLİYİN RƏSMİ SAYTINA GİRİŞ MƏHDUDLAŞDIRILIB - Pulsuzluğa görə 291 gündür sertifikat yenilənmir (FOTO)
24.11.2026, 16:07 İQTİSADİYYAT
-
Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
24.11.2026, 16:00 İDMAN
-
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
24.11.2026, 15:50 SİYASƏT
-
Şəkərli diabet xəstələri barədə yeni qərar verildi
24.11.2026, 15:46 GÜNDƏM
-
Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib - DETALLAR
24.11.2026, 15:21 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir - Yenilənib
24.11.2026, 15:08 CƏMİYYƏT
-
Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşüb
24.11.2026, 15:01 GÜNDƏM
-
Yeni icra başçısı kimləri yola saldı? - TƏYİNATLAR
24.11.2026, 14:47 CƏMİYYƏT
-
Keçmiş nazir ev dustaqlığına buraxılıb
24.11.2026, 14:47 DÜNYA
-
Zahid Oruc: "Vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı..."
24.11.2026, 14:25 SİYASƏT