Şair-publisist Namiq Hacıheydərli vəfat edib

img

27-04-2024 [23:43]


Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair-publisist Namiq Hacıheydərli vəfat edib.

Mia.az xəbər verir ki, bu gün qəfildən halı pisləşərək komaya düşən şair xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Cəmi 49 yaşı olan şair Salyan rayonunda dəfn olunacaq.

O, Azərbaycan Yazçıçılar Birliyinin  Muğan bölməsinin yaradıcısı və ilk sədri olub.

7 kitabın, yüzlərlə elmi-publisistik məqalənin müəllifidir.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA