Almaniyada qocalar evində yanğın: 4 nəfər ölüb, 23 nəfər yaralanıb

img

04-03-2024 [13:47]


Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsində qocalar evində dəhşətli yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.

Polisin açıqlamasına görə isə 13 min əhalisi olan Bedburq-Hau qəsəbəsindəki qocalar evində baş verən yanğınn səbəbi araşdırılır: "Hadisə zamanı yanğınsöndürənlərdən biri də yaralanıb. Ümumilikdə Qocalar evindən 46 nəfər təxliyə edilib. Təəssüf ki, 4 nəfərində cəsədi yanğın yerində aşkarlanıb, 23 yaralı isə xəstəxanaya yerləşdirilib".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA