Dövlət Sosial Müdafiə Fondunun sədri xaricdə infarkt keçirib? 

img

04-03-2024 [09:53]


Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov İsveçrədə infarkt keçirib.

Bu barədə Gununsesi.info-ya DSMF-dəki mənbələrdən bildirilib.

Məlumata görə, fevral ayının 27-də İsveçrə Krallığının gedən Himalay Məmişovun səhhəti orafa qəfil pisləşib. Xəstəxanaya çatdırılan Məmişova infarkt diaqnozu qoyulub.

Onun hazırda İsveçrədəki tibb müəssisələrinin birində həkim nəzarətində olduğu bildirilir.

DSMF isə iddia edir ki, bu xəbər yalandır və sədr iş başındadır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA