Generallar məhkəməyə çağırıldı - Nazirlikdəki sensasiyalı korrupsiya işi ilə bağlı
28-02-2024 [15:15]
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin növbəti məhkəmə prosesi keçirilib.
Məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə davam edir.
Məlikzadə də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmədə iştirakına görə həbs edilib.
Rəşad Məlikzadə sərbəst ifadəsində demişdi ki, nazirliyin Maliyyə-büdcə idarəsinin şöbə müdiri Rafail Xələfova (təqsirləndirilən şəxs) nisbətən ucuz qiymətə “Land Rover” markalı maşın alıb.
Bu gün həmin epizod üzrə şahid qismində Ramin Səfərəliyev ifadə verib. O, Məlikzadənin tanışıdır. “Land Rover”i də o, Almaniyadan gətirib.
Şahid deyib ki, R.Məlikzadə ondan 3-4 dəfə maşın alıb: “Land Rover”i alan 50-55 yaşlarında kişi idi (Rafail Xələfovu nəzərdə tutur - red). Köməkçisi 40 min dollar verdi, razılaşdıq. Sonra maşını rəsmiləşdirmək üçün gömrüyə apardılar. Vəssalam. Başqa nəsə xatırlamıram”.
Bu iş üzrə əsas şahidlərdən biri Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin hazırkı rəisi Nəriman Cabbarov, onun sələfi general Nizami Məmmədov və Rafail Xələfovdur.
Hər üç şahid martın 13-nə təyin edilmiş prosesə çağırılıb. Məhkəmənin çağırışına gəlməyən şahid olarsa, həmin gün məcburi gətirilmə qərarı çıxarılacağı gözlənilir.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində DTX Müdafiə Nazirliyində maliyyə qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İstintaqın gedişində bir neçə zabit həbs edilib, bir neçəsi haqda alternativ qətimkan tədbirləri seçilib. Bütün təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb(“Qafqazinfo)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
İlham Əliyev Rusiya rəsmiərini qəbul edib - FOTO
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR