"Fənərbağça"dan TFF-yə etiraz - İkardi ilə bağlı 

img

27-02-2024 [00:25]


"Fənərbağça" Klubu İdarə Heyətinin üzvü Səlahəddin Baki Türkiyə Futbol Federasiyasının (TFF) "Qalatasaray"ın futbolçusu Mauro İkardiyə verilən bir oyunluq cəza ilə bağlı etiraz mesajı yayıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, paylaşımına TFF rəhbəri ilə İkardinin vaxtilə çempionluq bayramında çəkdirdikləri fotonu da əlavə edərək yazıb:

"Rəqib tribunalara qarşı utanmaz hərəkətə görə verilən bir oyunluq cəzanın hekayəsi fotodakı heyranlıqda gizlənir.. Heç bir qayda tanımayan, çempionluq yarışına təsir edə biləcək bu qanunsuzluq bir komandanın xeyrinə belə aydın və aşkar qərardır. Bu gün sözün bitdiyi yerdəyik. Bu hörmətsizlik təkcə Ankaragücü tribunalarına deyil, türk idmanına və bütün idmansevərlərə edilib. Mehmet Büyükekşi və TFF çətiri altında türk futbolunu idarə edənlər, sizin meydanda və meydandan kənarda bütün qərarlarınız bir komandanın çempionluğuna hesablanıb..."

Fərid Aslan

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR