Navalnının cəsədi anasına təhvil verilib

img

24-02-2024 [23:35]


Rusiya prezidenti Vladimir Putinin ən böyük rəqiblərindən biri, fevralın 16-da həbsxanada qəfil vəfat edən Aleksey Navalnının cəsədi, nəhayət ki, anasına bu gün təhvil verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölümündən sonra Navalnənın meyiti həbsxanadan 55 kilometr aralıda yerləşən bir xəstəxananın morqunda ekspertizada saxlanılırdı.

Məlumata görə, müxalif liderin anası ölümündən  dərhal sonra həbsxanaya yollansa da, onun meyitini verməkdən imtina olunmuşdu. Hətta nəşin harada olduğu belə açıqlanmırdı..

Bu gün yayılan məlumata görə, ekspertiza tədqiqatını yekunlaşdırıb və Navalnının cəsədi anasına artıq təhvil verilib.

İddiaya görə, o, sabah dəfn olunacaq.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR