ABŞ-da timsah əməliyyat olunub - Mədəsindən 70 ədəd dəmir pul çıxarılıb

img

20-02-2024 [09:31]


ABŞ-ın Nebraska ştatındakı zooparkda yaşayan timsahın mədəsindən 70 ədəd dəmir pul çıxarılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mavi gözlü və ağ dərili nadir leykistik timsahın üzərində həyata keçirilən cərrahiyyə əməliyyatı uğurla keçib.

Məlumata görə, zooparkda saxlanılan timsahı ziyarət edənlər onun yaşadığı hövzəyə fdmir pullar atırlar: "Timsah da onlar udub...".

Zoopark rəhbərliyi "Tibodaux" adlı timsahın mədəsindən çoxlu miqdarda sikkələr çıxarıldığını təsdiqləyib və ziyarətçilərə xəbərdarlıq edilib: "Zooparkdakı su hövzəsinə dənmir pul və əşyalar atmayın!".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR