Bəstəkar Cavanşir Quliyev əməliyyat olunub

Bəstəkar Cavanşir Quliyev əməliyyat olunub

MƏDƏNİYYƏT

12.02.2024, 16:23

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat olunub.

Mia.az APA-ya istinadla xəbər verir ki, bəstəkar bu gün Türkiyədə “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı (angioqrafiya və stentləmə) keçirib, vəziyyəti qənaətbəxşdir.

Əlavə edək ki, Cavanşir Quliyevin bir neçə gün əvvəl Türkiyədə səfərdə olarkən vəziyyəti pisləşib. Həmin vaxt İstanbulda xəstəxanaya yerləşdirilən bəstəkarın ürəyində ilk olaraq stent əməliyyatı aparılmışdı.

Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR