Saatlı rayon Polis Şöbəsinin rəisi yeni vəzifəyə təyin olundu - DİN-də daha bir dəyişiklik

img

12-02-2024 [15:28]


Saatlı rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Tağıyevin yeri dəyişdirilib.

Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Azər Tağıyev sözügedən vəzifədən azad edilərək, İmişli Rayon Polis Şöbəsinin rəisi təyin edilib(Qaynarinfo).

Qeyd edək ki, polkovnik Azər Tağıyev 2017-ci ilin dekabr ayında Gəncə Şəhəri Kəpəz Rayon Polis Şöbəsini rəisi vəzifəsindən azad edilərək, Saatlı rayon Polis Şöbəsinin rəisi təyin olunmuşdu.

İmişli Rayon Polis Şöbəsinin bundan əvvəlki rəisi polis polkovniki Füzuli Şixəliyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR