SOCAR-da daha bir idarə rəisi vəzifədən çıxarıldı - Komitə sədri "Bu məlumatlar diqqətlə araşdırılmalıdır" deyir

img

24-01-2024 [11:15]


SOCAR Geofizika və Geologiya İdarəsinin (GGİ) rəisi cənab Elçin Şirinov dünən tutduğu vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yayıb.

O bildirib ki, ötən ilin mart ayından təşkilatımıza mütamadi olaraq Elçin Şirinovun rəhbərlik etdiyi qurumda baş verən  müxtəlif qanun pozuntuları barədə kifayət qədər məlumat açıqlayıb.

Komitə sədri SOCAR rəhbərliyini həmin məlumatları (kabel və  «Grand Caucasus Ltd» ilə avadanlıq əməliyyatı, İstanbuldakı «Platinum Group Dış Ticaret limited» şirkəti, ilə əlaqadar və s)  diqqətlə araşdırmağa çağırıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq