Nigeriyada neft kəmərinə 4800-dən çox qanunsuz qoşulma aşkarlanıb: "Hər gün 13 milyon dollarlıq neft oğurlanır..."

img

11-12-2023 [00:12]


Neft və təbii qazla zəngin olan Nigeriyada neft kəmərlərinə qanunsuz qoşulmuş 4800-dən çox xətt müəyyən edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə dövlətə məxsus "Nigerian National Petroleum Company Limited" (NNPCL) Şirlkətlər Qruounun icraçı direktoru Mele Kyari yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, bu vəziyyət ölkənin ən mühüm gəlir mənbəyi ilə bağlı dəhşətli mənzərə yaradıb: "Boru kəmərlərimizdə 4800-dən çox qeyri-qanuni qoşulma aşkarlamışıq. Bu o deməkdir ki, əsas ötürücü kəməriun hər 100 kilometrində  300-ə qədər əlavə qanunsuz xətt qoşulub. Ona görə də nə qədər neft hasil esək də, kəmərdə lazımı təzyiqi qorumaq mümkün olmayıb...".

Nazir bildirib ki, bu qnaunsuz qoşulma ilə ölkə hər gün üçün azı 13 milyon dollar itirib: "Biz təxminıən gündəlik 13 milyon dollar dəyərində 200 min barel neft itiririk. İndi bunun qarşısını almaqla məşğuluq..."

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR