Evləri və obyektləri müsadirə olunan sosial media fenomeni canlı yayımda ağladı: "Niyə axı?!" - FOTO

img

08-12-2023 [10:35]


Türkiyədə çoxsaylı gözəllik salonlarının sahibi Engin və Dilan Polatın həbsindən sonra zəngin həyat tərzinii nümayiş etdirən sosial media fenomenlərinin başının üstünü alan qara bulud çoxlarını qorxuya salıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq qardaş ölkədə xeyli fenomen vergi qaçaqmalçılğı və digər cinayətlərdə ittiham olunaraq saxlanılıb, onların mal-mülklərinin üzərinə həbs qoyulub.

Türkiyədəki mal-mülklərinin üzərinə həbs qoyulanlardan biri də həm də gözəllik salonları olan Eylül Öztürkdür.

Türkiyə mətbuatı yazır ki, "çirkli pullar"ın yuyulmasında ittiham olunan fenomenin əlavə olaraq ABŞ-da 10 mənzili necə alması, onların maliyyə qaynaqları da araşdırılır.

Hazırda ABŞ-da olan fenomen isə barəsində çıxarılan axtarış qərarını və Türkiyədəki mülklərinin üzərinə qoyulan həbsi göz yaşları içində qarşılayıb.

Eylül Öztürk son günlərdə yaşadıqlarını göz yaşları içində izah edərək, özünü günahsız sayıb.

O, ağlayaraq, "Bu proses bitdikdən sonra həyatımın sənədli filmini çəkəcəyəm", deyib: "Yenə deyirəm, bundan əvvəl də açıqladım, hamı soruşur ki, Amerikada 10 evi necə aldın? Təkrar edirəm, evlərin hər biri 125 min dollardır. Heç birini də qanunsuz yolla almamışam".

Fenomen iddia edib ki, o 10 evin yerinə bir villa alsaydı, bəlkə diqqət çəkməyəcəkdi: "Artıq Türkiyədəki gözəıllik salonlarım qapadılıb, xeyli insan işsiz qaldı. Evim də möhürlənib. Niyə axı?".

Fenomen bundan sonra göz yaşlarını tuta bilməyib və canlı yayımı dayandırıb.

Ləman

MİA.AZ
 

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR