Ərdoğan Qətər əmiri ilə bir araya gəldi, 12 əməkdaşlıq sazişi imzalandı - İsraillə bağlı mesaj verildi (FOTOLAR)
GÜNDƏM
04.12.2023, 22:51
Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Qətərin paytaxtı Dohada Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısında iştirak etmək üçün gəldiyi Qətərin paytaxtı Dohada Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Əl Tani ilə fəxri qarovul dəstəsini ziyarət edən Ərdoğan əsgərləri salamlayıb.
İki ölkənin nümayəndə heyətlərinin təqdimatından sonra Ərdoğan və Al Sani başçılıq etdiyi nümayəndə heyətləri Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısına qatılıblar.
Mərasimdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik, Prezident Administrasiyasının İşlər müdiri Metin Kıratlı, Prezident Administrasiyasının rəhbəri Fahrettin Altun, MİT sədri İbrahim Kalın, Müdafiə Sənayesi sədri Haluk Görgün, Dövlət Arxivinin sədri Uğur Ünal və Prezidentin baş müşaviri Akif Ambatay, Çağatay Kılıç da iştirak ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Saninin iştirakı ilə müxtəlif sahələrdə 12 əməkdaşlıq sazişi və Ali Strateji Komitənin 9-cu iclasının Birgə Bəyannaməsi imzalanıb.
İmzalanma mərasimindən sonra rəsmi nahar verilib.
Prezident Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşündə İsrailin Qəzza qətliamı ilə bağlı son vəziyyəti, atəşkəs və daimi sülh səylərini, Qəzzaya humanitar yardımların çatdırılması üçün atılan və atılacaq addımları müzakirə edib: "Prezident Ərdoğan görüşdə İsrailin törətdiyi hərbi cinayətlərə görə cavab verməli olduğunu və bunun üçün beynəlxalq dəstəyin, eləcə də hüquqi səylərin artırılmasının vacib olduğunu bildirib".
Zülfiyyə
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Aİ-dən enerji bazarındakı bahalaşmaya şərh: "Özümüzü aldatmayaq, tezliklə ucuzlaşma olmayacaq"
Bugün, 17:58 İQTİSADİYYAT
-
Prezident və birinci xanım Milli Aviasiya Akademiyasında - FOTOLAR
Bugün, 17:37 GÜNDƏM
-
"Beşiktaş"ın prezidenti və baş məşqçisi cəzalandırılacaq
Bugün, 17:19 İDMAN
-
Opera və Balet Teatrında qalmaqal: nə baş verir? - Açıqlama
Bugün, 17:12 MƏDƏNİYYƏT
-
"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTOLAR
Bugün, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb
Bugün, 16:55 SİYASƏT
-
SEPAH-dan xəbərdarlıq: “İstənilən hücuma çevik və daha sərt cavab verəcəyik”
Bugün, 16:36 GÜNDƏM
-
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Bugün, 16:20 İQTİSADİYYAT
-
Rayonlarda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bugün, 16:09 CƏMİYYƏT
-
Sədr müavinliyindən çıxarıldı, nazirin müşaviri təyin eidldi
Bugün, 16:01 İQTİSADİYYAT
-
Milli Məclisinin İnsan hüquqları komitəsində slovakiyalı Ombudsmanla görüş keçirilib - FOTOLAR
Bugün, 15:58 SİYASƏT
-
Tramp İranla razılaşmanın gizlinlərini açıqladı: "Sanksiyaların ləğvi..."
Bugün, 15:46 DÜNYA
-
Vəzifəli şəxsin sürücüsü qəza törədib
Bugün, 15:36 KRİMİNAL
-
İsrail ordusu Beyruta ağır zərbələr endirir
Bugün, 15:26 GÜNDƏM
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bugün, 15:16 GÜNDƏM
-
İrana məxus adalarda sirli partlayışlar… - Neft emalı zavodları vurulub (Yenilənib)
Bugün, 15:10 GÜNDƏM
-
Cənub zonasında zəlzələ olub
Bugün, 14:58 GÜNDƏM
-
Hakan Fidan İran XİN başçısı ilə zəngləşdi
Bugün, 14:57 DÜNYA
-
Ali Məhkəmə daha bir mübahisəli iş üzrə vahid qərar qəbul edib - Detallar
Bugün, 14:24 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub - Açıqlama
Bugün, 14:19 CƏMİYYƏT
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:16 GÜNDƏM
-
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub - Anar Kərimova vəzifə verildi
Bugün, 14:05 İQTİSADİYYAT
-
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - Prezidentin köməkçisi sədr oldu, onlar isə... (SİYAHI)
Bugün, 14:04 GÜNDƏM
-
Konfrans Liqası: sabah 4 oyuna sart veriləcək
Bugün, 13:29 İDMAN
-
AzE Estetik Mərkəzin direktoru məhkəmə zalında qandallandı - Ülviyyə İlyasova nədə ittiham olunur?
Bugün, 13:22 KRİMİNAL
-
Xəzərdə zəlzələ oldu - 5.3 maqnitudalı
Bugün, 13:20 GÜNDƏM
-
Sabiq deputat komitə sədrinə "Bəlkə qrant müsabiqəsi elan edəsiniz?” mesajı verdi, belə cavab aldı...
Bugün, 13:06 SİYASƏT
-
7 epizod üzrə ittiham olunan keçmiş rəis... - Nə qədər rüşvət alıb?
Bugün, 12:58 CƏMİYYƏT
-
Kinematoqrafçılar İttifaqının qurultayı keçiriləcək - Bu tarixdə
Bugün, 12:56 MƏDƏNİYYƏT
-
Muhsin Şentürk Azərbaycan Ali Məhkəməsində olub - FOTOLAR
Bugün, 12:48 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
TRAMP QORXDU? - Şahin Cəfərli yazır
Bugün, 12:29 SİYASƏT
-
Şirvanda kütləvi zəhərlənmə olub (Yenilənib)
Bugün, 12:07 GÜNDƏM