Direktorla professorlar arasında gərginlik: institut rəhbəri elmlər doktoruna qəzəbləndi və... - "Onsuz da sənin rəhbərliyin altında..."
30-11-2023 [18:23]
Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti qalmaqal baş verib.
Buna İnstitutun direktoru Gülnaz Dadaşovanın 20 ilə yaxın infarkt şöbəsinə rəhbərlik etmiş tibb elmləri doktoru, professor Elman Ələkbərovu Elmi Şura üzvlüyündən çıxarması səbəb olub.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu günlərdə Elmi Şuranın iclasına qatılmaq üçün İnstituta gələn professor gözlənilməz situasiya ilə qarşılaşıb. İclas zalına daxil olarkən, İnstitutun işçiləri ona "Sizin adınız siyahıda yoxdur" deyiblər.
E.Ələkbərov bunun səbəbi ilə maraqlananda İnstitutun direktoru ona Elmi Şura üzvlüyündən uzaqlaşdırıldığını bildirib.

"Məni üzvlükdən çıxarmısınızsa, onda niyə xəbər etməmisiniz, niyə mən səsvermədə olmamışam?" deyə soruşduqda isə Gülnaz Dadaşova professora "Siz "Bakupost"a müsahibə verəndə bəyəm mənə demişdiniz?" deyə cavab verib.
Onun bu cavabına, həmçinin Elmi Şuradan prosedura zidd və qanunsuz şəkildə uzaqlaşdırılmasına əsəbiləşən E.Ələkbərov "Mən onsuz da sənin rəhbərliyin altında işləməyi öz səviyyəmə yaraşdırmırdım, ona görə də İnstitutdan getdim. Sən anestezioloqsan, necə kardioloq olduğun bəlli deyil, professorsan, necə müdafiə etdiyin bəlli deyil, idarəetməni, işçilərlə necə davranmağı da bilmirsən" deyərək, İnstitutu tərk edib.
Qeyd edək ki, bütün bunlar Elmi Şuranın iclas zalında, İnstitutun əməkdaşlarının gözü qarşısında baş verib.
Məsələ ilə bağlı E.Ələkbərovla əlaqə saxlasaq da, o, bu barədə danışmaq istəmədiyini bildirdi: "Mən onun nə əleyhinə, nə də lehinə danışmaq istəyirəm".
MİA.AZ
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək