Çanta dolu pulla canlı yayıma çıxan bloger saxlanıldı - Aktrisa sevgilisi vəkil tutub (FOTO)

img

24-11-2023 [16:05]


Türkiyədə daha bir sosial media fenomeni - bloger qandallanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son günlər külli miqdarda pulla videolar çəkən "TikTok" fenomeni Reşit Bozdağ İstanbulda saxlanılıb.

Məlumata görə, o, "çirkli pulların yuyulması"nda ittiham olunur.

Həbslə bağlı onunla vaxtilə sevgili olan aktrisa Melis Buse Betkayan İnstagram-dakı səhifəsind paylaşım edib.

Münsaibətlərinin pozulduğunu xatırladan aktrisa deyib ki, Reşit Bozdağın tezliklə sərbəst buraxılacağını gözləyir: "Vaxtilə məndən əl çəkmədiyi üçün məhkəmə qərarı ilə "uzaqlaşdırma qərarı" verildi. Ancaq o, buna məhəəl qoymadı deyə saxlanıldı. Lakin 3 gün keçmədi, çıxdı. İndi də elə olacaq".

Melis Buse sonda qəribə də olsa deyib ki, Bozdağa vəil tutub: “Mən onun üçün vəkil tutdum”.

Xatırladaq ki, Reşit Bozdağ bir neçə gün əvəvl çanta dolu pulla canlı yayıma çıxaraq "O iş bitdi" mesajı vermişdi.

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR