Türkiyədə daha bir mafiyaya qarşı əməliyyat: "Germiciler"in liderləri qandallandı - FOTOLAR

img

16-11-2023 [09:41]


Türkiyənin Muğla şəhərində keçirilən "Qəfəs Əməliyyatları" çərçivəsində Hakan Germici adlı kriminal şəxsin liderlik etdiyi "Germiciler" adl mafiya üzvləri qandallanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumatları bölüşüb.

Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, "mərkəzi qərargahı" Muğlada olan Hakan Germici və qardaşı Erdem Germicinin rəhbərlik etdiyi "Germici" mütəşəkkil cinayət təşkilatına qarşı uğurlu əməliyyat həyata keçirilib.

Nazir bildiirb ki, təsmi olaaraq 31 cinayət hadisəsində adları hallanan mafiya üzvlərindən ümumilikdə 15 nəfəər saxlanılıb: "Əməliyyat çərçivəsində çox sayda silah, saxta sənədlər, rəqəmsal materiallar və nağd pul ələ keçirilib. Saxlanılan 15 nəfərdən isə aralarında liderləri də olmaqla 10-nu barədə həbs qətimkan tədbiri seçilib".

Firudin Səfərli

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR