Təşkilat sədri saxlanılıb - Xalası oğlunun şikayəti əsasında

img

17-05-2024 [17:49]


"Son Ümid Xalq Hərəkatı" adlı təşkilat sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıəb.

Bildirilib ki, xalası oğlu Səbuhi Mehrəliyev R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq