Fransa polisi sinaqoqu yandırmaq istəyən şəxsi öldürüb - Açıqlama

img

17-05-2024 [12:46]


Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa çalışan bıcaqlı şəxsi güllələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün yerli vaxtla saat 06.45-də ölkənin Ruanda bölgəsindəki sinaqoqdan tüstü qalxması barədə polisə məlumat verilib.

Yerli polisin məlumatına görə, hadisə yernə yollanan polisə bıçaqlı şəxs hücum edib: "Pois hücumun qarşısını almaq üçün onu öldürmək məcburiyyətində qalıb."

Xəbərdə öldürülən şəxsin adı, milliyyəti açıqlanmayıb.

Daxili İşlər naziri Gerald Darman isə polislərə böyük fəalkətin qarşısını aldıqları üçün minnətdarlıq edib.

Rouen meri Nikolas Mayer-Rossignol da yanğını böyümədən nəzarət altına alan polisə və yanğınsöndürənlərə təşəkkür edib.

Mer şəhərdə yəhudi icmasını qətiyyətlə dəstəklədiyini də sözərinə əlavə edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR