Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb - Açıqlama

img

17-05-2024 [18:03]


Aparıcı Samirə Mustafayeva Azərbaycan Televiziyasından ayrılıb.

Mia.az-ın məlumatına görə, aparıcı Teleqraf.com-a açıqlamasında AzTV-dən ayrılmasına səbəb olaraq qızının xarici ölkədə təhsil alması ilə əlaqələndirib: "Qızım Nuran artıq orta təhsilini bitirib, xarici ölkədə təhsil almağa hazırlaşır. Bununla əlaqəli tez-tez xarici ölkəyə gedirəm. Canlı efir olduğu üçün işdən tez-tez icazə ala bilmirdim. Doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu".

Qeyd edək ki, Samirə Mustafayeva AzTV-də "Xəbərlər" proqramının aparıcısı olub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA