AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə müzakirə aparıb

img

17-05-2024 [15:17]


AFFA-nın prezidenti Rövşən Nəcəf Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möllerlə görüşüb.

Mia.az xəbər verir ki, görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub. R.Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb.

Y.Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA