ABŞ Qəzzada 4 övladını itirən jurnalistə başsağlığı verdi: "Kədərini paylaşırıq"

img

07-11-2023 [14:20]


Ağ Ev Qəzzada 4 övladını və 3 bacısını itirən jurnalistə başsağlığı verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Ev noyabrın 5-də İsrailin Qəzzanın mərkəzindəki Əl-Meqazi Qaçqınlar Düşərgəsinə hücumu nəticəsində 4 övladı və 3 qardaşını itirən Anadolu Agentliyinin (AA) operatoru Məhəmməd əl-Alula başsağlığı verib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson bu barədə suala cavabda deyib: "Günahsız fələstinlilərin həyatı qorunmalıdır. Bu savaşda itirilən hər bir günahsız insan üçün yas tuturuq. Biz Məhəmməd əl-Alulun acısını, kədərini paylaşır, ona başsağlığı veririk".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA