EKSTRASENS DƏLƏDUZLAR
23-10-2023 [00:16]
Qalib ARİF
***
(“Milis hekayələri” silsiləsindən)
***
Dostum Tofiq Mamedovla göruşəndə biz yalnız kriminal hadisələrdən, dedektiv hekayələrdən danışmırıq. Beynəlxalq siyasətdən tutmuş bazarda meyvə-tərəvəzin qiymətinə qədər, hər sahəyə baş vururuq. Dostum peşəkar milis işçisi, təcrübəli hüquqşünas olmaqla bərabər, əsil ziyalıdır, çox savadlı, geniş dünya görüşlü adamdır.
Mən də bir dəfə dostumu sınamaq üçün məni çox düşündürən, faktiki olaraq, sosial sifariş olan bir sualı verdim. Soruşdum ki, özlərini ekstrasens, öncəgörən adlandıranlar indi yağışdan sonra çıxan göbələk kimi artır. Onlara inanmaq olarmı, bunun bir elmi, dini əsası varmı?! Deyəsən, televiziyada, mətbuatda Zirəddin adlı «moskvalı» ekstrasens haqqında məlumat yayılan vaxtlardı, hamı ondan danışırdı. Dostum bu dəfə də sualdan yayınmadı, başladı, nə başladı...
-Deməli, ekstasenslərin, öncəgörənlərin əsaslandığı və elm adlandırdığı astrologiyadır ki, bunun da nə dini, nə də elmi əsası yoxdur. Çünki astrologiya əvvəlcədən yazılan taleyə, yəni alın yazısına əsaslanır, bu da İslama və xristianlığa tamamilə ziddir və hətta kafirlikdir…
-Kafirlikdir?!
Bu mənəm, qeyri-ixtiyari sual verirəm.
-Bəli, kafirlikdir. Çünki İslamın və xristianlığın, ümumiyyətlə səmavi dinlərin 3 fundamental prinsipindən biri Qiyamət günü, cənnət və cəhənnəmlə bağlı inanclardır. Yəni sən bu dünyada etdiklərin üçün nə vaxtsa, hardasa cavab verməli olacaqsan. Doğrudur, bu fərziyyəni elmi cəhətdən izah etmək çətindir, amma əsas onun mənəvi tərəfidir. İslamın da, xristianlığın da əsas mənəvi dəyərləri - günah etməmək və qadağalara əməl etmək bu inanclara söykənir. Alın yazısı isə isə bütün bu inancların üstündən xətt çəkir…
-Hansı mənada?
-Elə bütün mənalarda. Ən azı Qiyamət günü səni sorğu-suala tutulanda deyə bilərsən ki, mənim heç bir günahım yoxdur, alnıma nə yazılıbsa, onu da etmişəm. Həm də bunun mənəvi tərəfləri var. Bir Allah ki, insanın alnını yazır ki, get gir 80 yaşında baba-nənənin evinə, ikisini də qəddarcasına boğ öldür, nə var, nə var, evdən 8 manat pul çıxacaq, belə Allah heç kimə lazım deyil. İslamın və xristianlığın sitayiş etdiyi Allah insanı sevir, onu yaratdığı üçün fəxr edir. Odur ki, bütün səmavi dinlər yazılı tale məsələsini rədd edir. Yəni Allah insana ağıl verir, peyğəmbər, kitab göndərir, deyir yaşa, amma ağılla yaşa, şeytana uyma. Bir sözlə, alın yazısının dini cəhətdən heç bir əsası yoxdur və ola da bilməz.
-Bəs elmi cəhətdən?
-Elmi cəhətdən astrologiya elm deyil, sözün əsil mənasında, şarlatanlıqdır. Bu, qədim dövrlərdən başlayan və insanların avamlığı səbəbindən bizim dövrlərə kimi gəlib çıxan bir dələduzluqdur. Astronomiya elmi var və bu elmin ən son məlumatlarına görə, kainatda yüz milyardlarla qalaktika, hər qalaktikada da yüz milyardlarla ulduz var. Hər ulduz da məlum olduğu kimi, bir günəş sistemidir. Bu ulduzların yalnız bir neçə on mini adi gözlə görünür, sonsuz qalaktikaları isə yalnız super-teleskoplarla görmək olar. Məlumat üçün deyim ki, bizim Şamaxı rəsədxanasında qurulan teleskopla yalnız bizim qalaktikanın ulduzlarını müşahidə etmək olur. İndi saysız-hesabsız, yüz trilyonlarla ulduzun olduğu kainatı hansısa bir mikroplanetdə (Yerdə) yaşayan beş-üç milyard insanın taleyi ilə bağlamaq nə dərəcədə doğrudur? Özünü astroloq adlandıranlar bu ulduzları heç olmasa, bir dəfə teleskopla müşahidə ediblərmi, onların ən yaxınının Yerdən hansı məsafədə olduğunu bilirlərmi?!
-Yaxşı, göydəki ulduzların ən yaxını Yerdən hansı məsafədədir?
Bu mənəm, dostuma ilişmək istəyirəm. Amma dostum özünü itirmir, fikir üçün cibə girmir, dərhal cavab verir.
-Yerə ən yaxın ulduz bizim qalaktikanın Kentavr bürcünün Piroksima ulduzudur. Günəş sistemindən təxminən 4-5 işıq ili məsafədədir. Bu, o deməkdir ki, əgər insan işıq sürəti ilə (saniyədə 300 min kilometr) uçsaydı, Piroksimaya beş ilə çatardı. Eynşteynin Nisbilik nəzəriyyəsinə görə, həmin müddətdə Yerdə təxminən 50 il keçərdi…
-Deyəsən biz də işıq sürəti ilə mətləbdən uzaqlaşırıq…
-Razıyam. Sözümün canı odur ki, qədim dövrlərdə fırıldaqçılar bu yolla pul qazanırdılar, adlarını da münəccim qoyurdular, indi isə özlərinə astroloq deyirlər. Amma ad dəyişsə də, zaman dəyişsə də, mahiyyət dəyişmir, dələduzlar elə həmin dələduzlardur…
- Bəs onda insanlarda astroloqlara, ekstrasenslərə inam hardandır? Axı, indi camaat avam deyil, qəzet oxuyur, televizora baxır.
- Kaşpirovski yəqin yadındadır, televiziya ilə camaatı müalicə edirdi - bu, kütləvi psixozdur. Amma əvvəlcədən təşkil olunan və idarə olunan bir psixozdur. Məsələn, Moskvanın baxımlı telekanallarında mütəmadi olaraq, «Ekstrasenslərin yarışı» keçirilir. Əslində bu, teatrlaşmış şoudur. Cəmiyyətdə ekstrasens kimi ad çıxarmaq istəyən şəxslər bu şouları maliyyələşdirirlər. Guya adama baxıb taleyini deyirlər, guya şəklə baxıb yiyəsinin nə vaxt, nədən öldüyünü deyirlər və s. Belə verilişlər günlərlə, bəzən həftələrlə çəkir. Rusiya da böyük ölkədir, bu verilişlərə milyonlar baxır. Axırda bir nəfər, yəqin ki, ən yaxşı sponsor tapan ən yaxşı ekstrasens elan olunur. Vəssalam…
-Axı, bu yarışlarda iştirak etməyən, amma bu sahədə işləyənlər də çoxdur?!
-Bəli, təəssüf ki, belədir. «Ekstrasenslərin yarışı» bu sahədə populyar olmağın, yəni müştəri yığmağın yollarından biridir. Başqa yollar da var, amma bu, yolların hamısı televiziyadan, mətbuatdan keçir. Burda vəziyyət, təxminən şou-biznesdəki kimidir - toy tutmaq, pul qazanmaq istəyirsənsə, gündəmdə olmalısan.
-Axı, ekstrasenslər bəzən, faktiki olaraq, ilk dəfə gördükləri insanın kimliyi və problemləri haqqında məlumat verirlər?!
-Bu da şoudur. Məlum olduğu kimi, ekstasenslərin qəbuluna bir-iki gün əvvəl yazılırlar. Bu müddətdə də onların koməkçiləri, asisentləri müştəri haqqında müəyyən məlumatlar toplayır. İndiki internet və informasiya texnologiyaları dövründə bu, çətin məsələ deyil. Avropanın bütün ölkələrində, artıq Rusiyanın özündə də vətəndaşlar haqqında məlumat bazaları var. İnternetdə ad, familiyanı verməklə, müəyyən məlumatları almaq olar. Amma əsas bunlar da deyil, əsas müştərinin psixologiyasını bilmək, onun qəlbinə girməkdir. Yaxşı ekstasens yaxşı bilir ki, müştərinin cibinə aparan yol onun qəlbindən keçir.
-Axı, Nostradamus, Messinq, Vanqa kimi beynəlxalq səviyyəli məşhur ekstasenslər, öncəgörənlər olub…
-Tamamilə düz deyirsən, bunlar beynəlxalq səviyyəli dələduzlardır. 2012-ci il 21 dekabr - «Dünyanın sonu» məsələsi bunu bir daha sübut etdi. Sadəcə olaraq, onları məşhur etməkdə maraqlı olan qüvvələr var. Nostradamusun məktublarını fransızlar elə yozurlar ki, bu cür hətta çobanı da dahi etmək olar. Məsələn, Nostradamus XVI əsrdə yazır: «Ağ qurdlar qara gəminin canına daraşacaq və bu, gəminin sonu olacaq». XX əsrdə isə fransızlar bunu belə yozurlar: «Nostradamus beş yüz il bundan əvvəl xəbər vermişdi ki, nüvə raketləri dünyanı məhv edə bilər». Onun məktublarında Frankonun, Hitlerin, Stalinin («Qafqazlı oğlan») adlarına gəlincə, bunun saxtakarlıq olduğu artıq sübut olunub. Bu adlar sonradan, XX əsrdə əlavə olunub. Əgər, bunlar əvvəlcədən vardısa, Nastradamus yazmışdısa, niyə beş yüz il səsi çıxmırdı?!
Messinq və Vanqa isə XX əsrdə yaşayıblar, faktiki olaraq, bizim müasirlərimizdir. Mesinqi deyilənə görə, hətta Stalin qəbul etmişdi. Amma beş dəqiqədən sonra peşman olub xudafizləşmişdi. Onu hətta dələduz kimi Sovet İttifaqından qovmuşdular. Vanqanın görüşünə isə Brejnevi aparmışdılar. Amma bu görüş də beş dəqiqədən çox çəkməmişdi. Yəni böyük, ağıllı adamlar qarşılarındakının dələduz olduğunu dərhal hiss edirlər və artıq vaxt itirmək istəmirlər. Deyilənə görə Vanqa qarı son dövrlərində özü də öz qabiliyyətinə inanmağa başlamışdı, hətta o dərəcədə harınlamışdı ki, çoxdan ölmüş ölülərdən dirilərə salam gətirirdi... Bəli, bəli, deyirdi ki, birinin babasının, o birinin isə atasının ruhu övladlarına salam göndərir…
-Yaxşı, bu adamları ucaltmaqda, dünyaya tanıtmaqda məqsəd nə idi?!
-Bütün dələduzların və onların arxasında duranların, fərqi yoxdur, istər yerli, istər də beynəlxalq miqyasda olsun, bir məqsədi var: insanları aldatmaq və çoxlu pul qazanmaq.
Məsələn, elə Vanqanı götürək. Bolqarıstanın ucqar bir kəndində doğulan və körpə yaşlarından görmə qabiliyyətini itirən bu savadsız qadın öncəgörən, eksrasens kimi dünya şöhrəti qazanmışdı. Deməli, bunda maraqlı olan, pul buraxan qüvvələr vardı. Məqsəd nə idi? Məlum olduğu kimi, Vanqa məhşur olduqdan sonra gündə hardasa 50-100 adamı qəbul edirdi (ayda minlərlə!), yanına da yalnız məhşur, imkanlı adamlar gəlirdi. Qazandığı pullar da yaşadığı şəhərin büdcəsinə keçirilirdi. Deyilənə görə, söhbət milyonlardan gedirdi və həmin dövrdə bu pullar kiçik şəhərin büdcəsi qədərdi. Bolqarıstan da, məlum olduğu kimi, kasıb bir ölkə idi, özünü dolandıra bilmirdi. Düşünürəm ki, məsələ aydındır, əlavə şərhə ehtiyac yoxdur…
MİA.AZ
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."