Rumıniyada 5.3 bal gücündə zəlzələ - İstanbulda da hiss olunub

Rumıniyada 5.3 bal gücündə zəlzələ - İstanbulda da hiss olunub

GÜNDƏM

Bugün, 09:05

Bu gün Bakı vaxtı ilə saat 03.48-də Rumıniyada 5.3 bal gücündə zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildir,  140 kilometr dərinlikdə qeydə alınan zəlzələ qonşu ölkələrdə də hiss olunub: "Zəlzələnin episentrinin Rumıniyanın Vrancea bölgəsindəki Nereju Mic kəndindən təxminən 16 kilometr qərbdə, təxminən 131 kilometr dərinlikdə baş verib.

Zəlzələ Bolqarıstan, Serbiya və Türkiyənin İstanbul şəhərlərinin bəzi yerlərində də hiss edilib.

İtkilər barədə məlumat yoxdur.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR