Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub

Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub

CƏMİYYƏT

Bugün, 10:30

Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.

Məlumata görə, bununla bağlı Agentliyin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Belə ki, Nail Cəbrayılov Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin olunub.

Nail Cəbrayılov 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək Dövlət Məşğulluq Agentliyində DOST əlaqələndiricisi – qrup rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl, 2022-ci ilin fevralından 2024-cü ilin yanvarınadək karyera məsləhətçisi – böyük mütəxəssis kimi fəaliyyət göstərib.

O, 2022-ci ilin aprelindən 2023-cü ilin fevralınadək isə Agentlikdə karyera məsləhətçisi – aparıcı mütəxəssis vəzifəsini icra edib.

N. Cəbrayılov 2017-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək “RELİMAN” MMC-də mühasib, 2014-cü ilin martından 2017-ci ilin oktyabrınadək “Memar Group”da baş mühasib, 2010-cu ilin sentyabrından 2014-cü ilin fevralınadək isə MKSİF-də baş mühasib vəzifəsində çalışıb/yurd.media.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR