"Qalatasaray" kolumbiyalı futbolçunu transfer edir - 9 milyon avroya

img

05-09-2023 [00:22]


"Qalatasaray" "Tottenham"in məşhur futbolçusu Tanguy Ndombeledən sonra daha bir futbolçusu ilə rəsmi danışıqlara başlayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" "Tottenham"in və Kolumbiya milli komandasının mərkəz müdafiəçisi Davinson Sançezlə anlaşıb.

Məlumata görə, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, İstanbul klubu bu transfer üçün ingilis klubuna 6 dəfəyə hissə-hissə ödənilməklə ümumilikdə 9 milyon avro ödəyəcək.

Onu da qeyd edək ki, Sançesin 2017-ci ildən çıxış etdiyi "Tottenhem"lə müqaviləsi 2024-cü ili iyul ayına qədər olub. 

Kolumbiyalı müdafiəçi ötən mövsüm 24 oyuna çıxıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq