Putin: "Ukrayna hücuma başlayıb, bəli, bizim müasir silahlarımız çatışmır, ancaq..." - Kiyev susur, Britaniya kəşfiyyatı isə...  (Yenilənib)

img

09-06-2023 [19:26]


Ukrayna artıq hücuma başlayıb. 

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezident Putin az əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ən şiddətli döyüşlər iyunun 7-i və 8-də olub: “Biz artıq deyə bilərik ki, Ukrayna 5 gündür hücuma başlayıb. Onlar bütün strateji ehtiyatlardan istifadə etməklə hərəkət edirlər. Lakin deyə bilərəm ki, onların hücumlarının qarşısı effektiv şəkildə alınır...".

Vladimir Putin etiraf edib ki, Rusiya hələ də bir çox müasir silahlara malik deyil: "Amma bununla belə, bizim güclü hərbi sənaye kompleksimiz sürətlə inkişaf edir və bu sahədə qarşıya qoyulan bütün vəzifələri yerinə yetirirlər.  Ukraynanın əks-hücum əməliyyatının uğursuzluğu, həm də müasir Rusiya silahlarının effektivliyi ilə bağlıdır.

Bəli, Ukrayna qoşunlarının hücum potensialı var, onlar bu potensialı artırıblar. Ancaq Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və bu reallıq çərçivəsində hərəkət edilir...".

Bu yerdə onu da qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukraynanın iyunun 4-dən əks-hücum əməliyyatı keçirməyə çalışdığını bildirib.

 Nazirin sözlərinə görə, son üç gündə davam edən döyüşlərdə 71 rusiyalı və 3715 ukraynalı hərbçi həlak olub: "İyunun 8-nə keçən gecə 1500 Ukrayna hərbçisi 150 ​​zirehli texnikanın dəstəyi ilə Zaporojye vilayətində rus qoşunlarının müdafiəsini yarmağa cəhd edib. Ancaq artilleriyanın qabaqlayıcı zərbəsi və aviasiya sayəsində geri çəkilməyə məcbur qaldılar...".

Ukrayna hakimiyyəti hələ ki, tammiqyaslı əks-hücumun başlandığını təsdiqləməyib.

Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi isə əks hÜcum faktını təsdiqləyib. Bildirilib ki, Rusiya məhz buna görə SES-in bəndini dağıtmaqla, Ukrayna ordusunu ən azı bir istiqamətdə dayandırmağa çalışıb: "Əlbəttə, Ukrayna ordusunun əks hücumda ciddi uğur qazandığını demək olmaz. Ruslar yaxşı müdafiə taktikası seçiblər. Lakin bu, dəqiqdir ki, artıq döyüş zonasında təşəbbüskarlıq Ukrayna ordusundadır...".

Əhməd

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR