"Qalatasaray"ın oyunçusu Fransa millisinə çağırıldı

img

01-06-2023 [01:30]


Spor Toto Super Liqanın çempionu "Qalatasaray"ın Kamerunda doğulan, ancaq Fransa vətəndaşı olan sağ cinah müdafiəçisi Saşa Boey Fransanın U21 Futbol üzrə Avropa Çempionatının heyətinə əlavə edilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Fransanın U-21 Avropa çempionatının heyətində yer alan müdafiəçiyə Kamerundan da dəvət gəlib, lakin o, bu dəvətə qəbul etməyib.

Beləliklə, "Qalatasaray"lı  iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyanın ev sahibliyi ilə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında Fransanın qələbəsi üçün tər tökəcək.

Xatırladaq ki, 2022-23 mövsümünü Spor Toto Super Liqada çempion olaraq tamamlayan Saşa Boey "Qalatasaray"da 30 liqa oyununda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

Ötən mövsüm Fransanın "Renn" komandasından 1,15 milyon avroya transfer olunan Saşa üçün "Arsenal" bu yaxınlarda 17 milyon avroluq təklif göndərmişdi. Ancaq "Qalatasaray" 25 milyon avro istəyib.

Fərid

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR