Bir qol vurub 2,1 milyon avro qazandılar

Bir qol vurub 2,1 milyon avro qazandılar 

İDMAN

Bugün, 10:18

Qalatasaray”ın UEFA Çempionlar Liqasında qazandığı uğurlar klubun büdcəsinə ciddi gəlir gətirib. 

MİA.az xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi turnirin Liqa mərhələsinin beşinci turunda doğma meydanda İngiltərənin “Aston Villa” komandasını qəbul edib. Deniz Gülün 77-ci dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanan “sarı-qırmızılar” xallarının sayını 9-a çatdırıb. 

Bu qələbədən sonra Türkiyə klubunun cari mövsüm Çempionlar Liqasından əldə etdiyi zəmanətli gəlir 24 milyon 920 min avroya yüksəlib.

Belə ki, “Qalatasaray” turnirə qatıldığı üçün 18,62 milyon avro iştirak haqqı əldə edib. Bundan əlavə, komandanın əvvəl qazandığı iki qələbəye görə UEFA tərəfindən hər qələbəyə görə müəyyənləşdirilmiş 4,2 milyon avroluq mükafat köçürülüb. "Aston Villa"' üzərində qazanılan qələbə isə kluba daha 2,1 milyon avro qazandırıb.

Lakin İstanbul təmsilçisinin gəlirləri bununla yekunlaşmayacaq. Liqa mərhələsini hansı pillədə başa vurmasından asılı olaraq əldə edəcəyi mükafat və UEFA-nın televiziya yayım dəyəri əsasında bölüşdürdüyü vəsait də klubun büdcəsinə əlavə olunacaq.

“Qalatasaray”ı Liqa mərhələsində daha üç qarşılaşma gözləyir. Komanda əvvəlcə səfərdə AEK-lə üz-üzə gələcək, daha sonra “Feyenoord”u qəbul edəcək. İstanbul təmsilçisi son turda isə Parisdə PSJ-nin qonağı olacaq.

Orxan

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR