Avropa Liqasında dava: "Beşiktaş" azarkeşlərinə hücum oldu, xəsarət alanlar var - Oyun dayandı + FOTOLAR (Yenilənir)

Avropa Liqasında dava: \"Beşiktaş\" azarkeşlərinə hücum oldu, xəsarət alanlar var - Oyun dayandı + FOTOLAR (Yenilənir)

İDMAN

Bugün, 22:12

Bu gün saat 21.45-də UEFA Avropa Liqası çərçivəsində İsrailin "Hapoel Beer Şeva" ilə Gürcüstanın Batumi şəhərində qarşılaşan "Beşiktaş" komandasının azarkeşləriinə hücum olub.

Mia.az  xəbər verir ki, saat 21.45-də başlayan oyunun 24-cü dəqiqəsində azarkeşlərə gürcü polisi müdaxilə edib.

Gözyaşardıcılarla hücum stadionada gərginlik yaradıb, bir türk azarkeşi ağır yaralanıb. O, xərəklə həkim müayinəsinə apaırlıb, onunla yanaşı daha bir neçə azarkeş xəsarət alıb.

Azarkeşləri sakitləşdirmək üçün tez-tez türk dilində "sakit olun, lütfən. Burada yol verdiyiniz hərəkətlər komandamıza zərər evrəcək" anonsları verilsə də, nə gürcü polisi, nə azarkeşlər sakitləşib. Əksinə, türk azarkeşlər "Beşiktaş"ın UEFA tərəfindən ağır cəza almasına səbəb olan "Fələstinə azadlıq" plakatı açıblar.

Bundan sonra türk dilində azarkeşlər dayanmadan sakitliyə çağırılıb.

Oyun isə bu müddətdə dayandırılıb.

Hələlik hansı qərar veriləcəyi bəlli deyil.

***

"Beşikaş" azarkeşləri yavaş-yavaş qovulduqları tribunalardakı yerlərinə dönür. 

Fərid Aslan

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR