35 illik boşanma davasının acı sonu: davay do svidaniya
24-05-2023 [16:44]
Əli Cabbarov
***
Son günlərə öz damğasını vuran Brüssel görüşlərinin nəticələri onsuz da ikiyə bölünmüş məğlub hayların arasındakı çaxnaşmanı daha da dərinləşdirib.
Xankəndindəki baş cinayətkar Arayikin bu gün yayınlanan bədbin notlarla dolu açıqlamasını oxuduqda separatçıların 35 il əvvəl, 1988-ci ildə başlatdıqları Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək kimi sərsəm ərazi iddiları bir daha yada düşür. Bu mənada, artıq Qarabağ münaqişəsinin tarixə gömüldüyü və bölgədə kommunikasiyaların açılması zərurəti müzakirə olunduğu bir zamanda bütün Cənubi Qafqazın inkişafını ən azı əlli il geriyə salmış erməni separatizminin və ya başqa dillə desək, onları məğlub vəziyyətə gətirib çıxaran bu boşanma davasının tarixçəsini haylara bir daha xatırlatmaq yerinə düşərdi.
Tarixən heç bir zaman bir yerə toplana bilməyb, dövlət də qurmağı bacarmayan ermənilərin separatizm həvəsi hələ keçmiş SSRİ-nin guruludayan vaxtlarında belə olsa da bu bədnam istək zaman-zaman onların qursağındaca çürüyüb qalıb. 1965-ci ildə İrəvanda instinkt əmri ilə küçəyə axışan çoxsaylı erməninin iştirakı ilə keçirilən və o dövrkü dəmir rejimli Moskvanın bir əmri qısa müddətdə dağıdılan antitürk mitinq hələ o dövrə bu bədbəxt millətin xəstəliyinin heç də ambulator müalicə ilə sağalmayacağı diaqnozu qoyurdu. Qardaş Türkiyədən torpaq iddiası ilə meydanlara çıxmış həmin yanlar o zaman Sovet dövlətindən ciddi bir kötək yesələr də zaman keçdikcə erməni şüuraltında bunun bir yolunun tapılması üçün yeni bir günün gəlməsi fürsəti axtarılırdı.
Ancaq qısa bir müddət sonra yəni, 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə təyin olunması ilə bu bədnam planlar ən azı 15 il də təxirə salındı. Ta ki, yeni dövr erməni şovinisti Balayanın 1981-ci ildə erməni dilində İrəvanda, 1984-cü ildə isə rus dilində Moskvada çap etdirdiyi “Ocaq” kitabında Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsinə qədər.
Daha sonrası isə hər kəsə bəllidir: o dövrdə ermənilərə işləyən sovetlərin baş keçəl məddahı Qorbaçovun onları necə dəstəkləməsi, qərbi azərbaycanlıların öz doğma torpaqlarından qovulması, 1988-ci ildə Qarabağda separatçıların Azərbaycandan ayrılıb Ermənistana birləşmək üçün başlatdıqları mitinqlər, həmin ilin fevralında iki azərbaycanlı gəncin qətlə yetirilməsi ilə başlanan qanlı hadisələr və rəsmi İrəvanın münaqişə tərəfi kimi Xankəndini Azərbaycanla üz-üzə qoymaq cəhdləri yaxşı yadımızdadır. Şübhəsiz, indı bütün bunları bizdən də yaxşı yada salan bügünkü Qarabağ erməniləri Paşinyanın Brüssel bəyanatından sonra artıq Ermənistanla olan qısa evlilikdən rəsmən boşanmış hesab oluna bilərlər. Buna görə də indi artıq Laçındakı nəzarət-buraxılış məntəqəsindəki Azərbaycan sərhədçisinə sənədlərini təqdim edib keçən ermənilər bu gün həmin o lənətə gəlmiş erməni ideoloqlarına, onların bədnam kitablarına, separatizmi dəstəkləmiş erməni lobbisinə, əlinə avtomat silah alan keşişlərinə eyni dərəcədə hayları dünyada rəzil etmiş unitaz daşıyan Sarkis qədər nifrət edirlər. Görəsən haylar bir zamanlar başlatdıqları separatizmin sonunun belə bitəcəyini, hər iki tərəfdən on minlərlə insanı məhv edəcək bu qanlı münaqişənin səbəbkarı kimi damğalanacaqlarını, iri dövlətlərin əlində siyasət aləti kimi danışan kuklaya dönəcəklərini bilsəydilər bunu başladardılarmı? Yoxsa, doğurdan da, Qarabağı Ermənistana biləşdirmək istəyən o zamankı separatistlər xəritədə Laçın və Kəlbəcər kimi geniş əraziləri görməyəcək dərəcədə kor olublar? Ya doğurdan da bu insanların hamısında idman yarışındakı qızın əlindən bayraq qapıb qaçan erməni kimi bir meymun şüruru vardır? Kim bilir?! Amma, onu deyə bilərəm ki, hazırkı ermənilərin ən ağıllısı sayılan Paşinyan belə gedərsə öz millətinin sonunu yaxşı gördüyü üçün haqlı olaraq Qarabağ ermənilərinə də bu sözləri deyib: “davay do svidaniya!”
Kəlmənin rus dilində işlənməsi bəlkə də bir təsadüfi olsa da, bu məncə, bundan sonrakı fiikrlərimizə daha da dəstək olacaq. Belə ki, kolorit baxımından o qədər də zəngin olmayan rus dilindəki ən mədəni “çıx get!” ifadəsi bu yolla təkcə artıq heç kimə lazım olmayan Qarabağ separatçılarına deyil, həmçinin Ermənistanın üzv oldğu KTMT-yə, bu ölkədəki Rusiya hərbi bazasına və digər rus varlığına da ünvanlanıb. Lakin o da var ki, Rusiyanın bu ölkəni uzun illər boyu forpostuna çevirməsindən, onun strateji müəssisələrinin tam sahibi olmasından, onunla istədiyi dildə danışmasından bezən Ermənistanın isə ondan boşanması heç də asan olmayacaq. Baxymayraq ki, bu gün hələ də Rusiya azadlıqsevər Ukraynanın geniş bataqlıqlarında ilişib qalmaqda, beynəlxalq təzyiqlərə rəğmən rus xalqı işğalçılığa qarşı səs çıxarmamaqla öz tarixini ləkələməkdə davam edir, ancaq bu, Ermənistanın asan şəkildə Rusiyanın pəncəsindən qopub müstəqil olmaq xəyallarına qovuşması demək deyildir. Belarusu faktiki olaraq bir vilayəti kimi yönətən Rusiya işğal olunmuş Ukrayna torpaqları ilə yanaşı, hələ də həllini tapmamış Abxaziya, Cənubi Osetiya, Dnestryanı kimi separatist qurumların birbaşa hamisi olaraq Ermənistanı da nəzarətdə saxlamaq, eləcə də Orta Asiya respublikalarında qızışdıra biləcəyi separatist ocaqları zaman-zaman gündəmə gətirməklə sadəcə öz varlığını qorumaq istəyir. Ancaq, zaman artıq həmin 30-35 il əvvəlki zaman deyildir. Artıq Qarabağdan işğalçı Ermənistanın qovulması ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə yaranan yeni bir mərhələ Rusiya dəstəkli bütün separatist ünsürlərin də zamanla məhv olacağı tarixi daha da yaxınlaşdırır.
Bəli, bu gün Qarabağ ermənilərinin səsi özlərinin qazdığı quyunun ta dibindən gəlir. Azərbaycanın reinteqrasiya təkliflərinə “hə” deməyə üzləri olmayan haylar bütün dünyanın onlardan üz çevirdiyini hər keçən gün daha yaxşı anlayırlar. Bir zamanlar işğal etdikləri torpaqlarda əsl vəhşi həyatı keçirib xalqımıza məxsus sərvətləri talan edəndə səsləri çıxmayan ermənilər yeni formalaşan dünya düzənində onlara yer olmayacağından bərk təşvişə düşüblər. Bu təşvişdən tələm-tələsik özünə yeni evlilik axtaran ermənilərə isə artıq bizim cəmiyyətdə qətiyyən yer olmayacaq. Çünki hər cür çirkin işlərlə bərabər evlilik dipolmatiyası ilə qızlarını digər xalqların içinə sızdırmış ermənilərin, onların nəvə-nəticələrinin iç üzü açıldıqca insanlar kimin dost, kimin düşmən olduğunu yaxşı biləcəklər.
MİA.AZ
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib