İbrahim Tatlısəs: "Siyasət çox çirkin xarakter alıb"

img

27-03-2023 [16:52]


Məşhur müğənni İbrahim Tatlısəs tviter hesabından seçki ilə bağlı yeni paylaşım edib.

Mia.az xəbər verir ki, mayın 14-də keçiriləcək parlament seçkilərində doğulduğu Şanlıurfadan namizədliyini irəli sürəcəyi gözlənilən müğənni Türkiyədə və Şanlıurfada siyasətin çox çirkin xarakter aldığını iddia edib.

O, daha sonra həmyerlilərinə xəbərdarlıq edib: "Siyasət Türkiyə və Şanlıurfada "tabiri caizse tırşik aşına" dönüb. Bunun mənasını həmyerlilərimdən soruşun. Türkiyəyə və Şanlıurfalı həmyerliərimə deyirəm: bu seçkidə doğru qərarı verdiniz verdiniz, vermədinizsə hər kəsə geçmiş olsun".

Xatırladaq ki, bu seçkiyədək 4 dəfə Ərdoğnanın lideri olduğu AKP-dən deputatlığa namizədi olan İbrahim Tatlısəs Oda TV-nin aparıcısının "5-ci dəfə namizəd olacaqsanmı?” sualına müsbət cavab verib.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR