Zəngəzuru tanıyaq və tanıdaq - Musa Urud yazır
YAZARLAR
24.01.2023, 18:18
Musa URUD,
Millət vəkili
(On üçüncü yazı)
Zəfər yolu və Zəngəzur bayatıları
***
Zəngəzur haqqında silsilə yazılarımı ötən ilin sonunda yekunlaşdırmağı düşünürdüm. Lakin cənab Prezident İlham Əliyevin 24 dekabr 2022- ci il tarixdə, öz ad günündə Qərbi Azərbaycan icmasının binasının açılışında söylədiyi konseptual fikirlər məni bu mövzunu davam etdirməyə sövq etdi.
Cənab Prezidentin həmin görüşdə söylədiyi "biz ata- babalarımızın yurdlarına qayıdacağıq", "bu bizim haqqımızdır", "biz sülh yolu ilə qayıdacağıq"- kimi fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının kontur cizgiləri kimi qiymətlidir və hər birimiz bu yolda bacardığımızı etməli, öz töhvələrimizi verməliyik. Deməli, bizi Şuşaya qovuşduran Zəfər yolu davam edir. Bu yol bizi Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə, Ağbabaya aparacaq. Necə deyərlər, ömür bitər, yol bitməz. Yolumuz açıq olsun. Mən inanıram ki, o yurdlara gedəcəyik, bizdən öncə isə arzularımız, sözlərimiz, nəğmələrimiz gedəcək o ellərə. Bu vəsilə ilə də "Zəngəzur bayatıları" nı yazdım. Məndən əvvəl də Zəngəzura bayatılar yazan Sarı Aşığa, Hüseyin Kürdoğluya, Ağa Laçınlıya, Eldar Baxışa, Zəlimxan Yaquba, İlham Qəhrəmana və digər söz ustadlarımıza Salam olsun!
Zəngəzur bayatıları
Mən aşiq Zəfər yolu,
İgid yolu, ər yolu.
Zəngəzura gedənin
Qədəminə sər, yolu.
****
Yolum Zəngəzuradı,
Kəbəm, qibləm oradı.
Hər qayası bir ayə,
Hər dağı bir surədi.
****
Aşıq Zəngəzurludu,
Üzü, gözü nurludu.
Yurdsuz xar olan igid,
Eliynən qürurludu.
****
Əzuzim buz bulaqlar,
Yanı yarpız bulaqlar,
Dəniz, insafın olsun
Körpədi qız bulaqlar.
****
Əzizm İşıqlıya,
Gün düşüb İşıqlıya.
Göy göl Kəpəzə aşıq,
Qara göl İşıqlıya.
****
Salvartıda qara bax,
İgid düşüb dara, bax.
Çən - dumandan xəbərsiz
Yol gözləyən yara bax.
****
Əzizinəm Qafan oy,
İtirən oy, tapan oy!
Sinəsindən gül açan,
Butasından gopan, oy!
****
Mən aşıq Qazan gölə,
Xustuba, Qazan gölə.
İndi düşmən tor atır,
Bir vaxr yar üzən gölə.
****
Mən aşiqəm şıxlara,
Sofuluya, Şıxlara.
Yağı yolu kəsibdi,
Həsrətdi aşiq yara.
****
Urud, Ağdü, Vağədi,
Xandı, bəydi, ağadı.
Bazar çayın boynunda
Üç qızıllı cığadı.
****
Mən aşiq Ağbulağa,
Gorusa, Ağbulağa.
Qar yağmır neçə ildi
Həsrətdi bağ bulağa.
****
Zorzor bulaq gur gəlsin,
İç, gözünə nur gəlsin.
Əvvəl yol, dəhliz olsun,
Sonra Zəngəzur gəlsin!
****
Mən aşiqəm düz, düzə,
Gəl oturaq diz- dizə.
Əl uzatsan çatandı
Zəngəzurdan Təbrizə.
****
Bəd gözdə nəzər yana,
Nə zərgər, nə zər yana.
Araza od düşməsin,
Qorxuram Xəzər yana.
****
Aşıq nagüman ağlar,
Yamacda duman ağlar.
Oxçu, Yaycı viranə,
Ox ağlar, kaman ağlar.
****
Mən aşıq, tel üşüdü,
Cıqqada tül üşüdü.
Üçtəpədə yel əsdi,
Gorusda gül üşüdü.
****
Buğda əkdim dəmiyə,
Maral doldu zəmiyə.
Zəngilandan nə qalır
Lökə, Maralzəmiyə?
****
Quzeydə qar qalandı,
Qırğılar qarğalandı.
Şəkiyə gedəmmədim,
Yoluma qar qalandı.
****
Dərdli hər dərdə ağlar,
Kiriyər, bir də ağlar.
Qərib aşıq əlində
Tel ağlar, pərdə ağlar.
****
Yaz arzum qışa döndü,
Gözümdə yaşa döndü.
Qırxqız dağında qırx qız
Daş oldu, daşa döndü.
****
Əziziyəm İrəvan
Şuşa, Təbriz, İrəvan.
Gözümüzün nurusan
Candan əziz, İrəvan!
****
Əzizim Zəngəzura
Yol gedər Zəngəzura
Daha nə qəm yaraşmır,
Nə kədər, Zəngəzura.
****
Əzizim Alagözə,
Aşiqəm ala gözə.
Qar yağıb Ağbabaya,
Gün düşüb Alagözə.
****
Mən aşiq Comərdliyə,
İgidliyə, mərdliyə.
Çatdınsa Ərəfsəyə,
Nə qalır Comərdliyə.
****
Xan gəlsin, paşa gəlsin
Qəlbimiz cüşa gəlsin.
İrəvanla Təbrizin
Müjdəsi qoşa gəlsin.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng edib
Bugün, 11:59 GÜNDƏM
-
İlham Əliyev İnvestisiya Forumu iştirakçılarına müraciət etdi - Samir Şərifov tədbirdə oxudu (Yenilənib)
Bugün, 11:56 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir şirkətin baş icraçı direktorunu qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 11:50 GÜNDƏM
-
İradə Süleymanova prorektor təyin olunub
Bugün, 11:49 CƏMİYYƏT
-
İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTOLAR
Bugün, 11:43 GÜNDƏM
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
Bugün, 11:28 İQTİSADİYYAT
-
Yunanıstanın Baş naziri: "Coğrafiyanı dəyişdirə bilməyəcəyik, Türklərlə..."
Bugün, 11:19 SİYASƏT
-
Manaf Ağayevə itki üz verib
Bugün, 11:06 MƏDƏNİYYƏT
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir: nələr olacaq? - DETALLAR BƏLLİ OLDU (YENİLƏNİB)
Bugün, 10:56 GÜNDƏM
-
"RUSİYA AYLAR İÇİNDƏ NATO ÖLKƏLƏRİNDƏN BİRİNƏ HÜCUM EDƏ BİLƏR" - Danimarka kəşfiyyatından şok xəbərdarlıq
Bugün, 10:25 GÜNDƏM
-
Tacikistanın Baş naziri Bakıda Zəfər parkında - FOTO
Bugün, 10:16 GÜNDƏM
-
Dövlət Miqrasiya Xidmətində 14 vakant vəzifə var - Müsabiqə elan edildi
Bugün, 10:16 CƏMİYYƏT
-
Ağ Ev rəsmiləri 3 telekanal və qəzet əməkdaşlarını Çin lideri ilə görüşə buraxmayıb
Bugün, 09:59 PRESS
-
Ukraynalı Polşada Kilsə hücum edib: Keşiş öldürülüb, dörd nəfər yaralanıb - İki ölkə rəsmiləri ard-arda açıqlamalar verdi
Bugün, 09:43 DÜNYA
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
Bugün, 09:41 İQTİSADİYYAT
-
AZƏRBAYCAN-ERMƏNİSTAN XİN BAŞÇILARI BİR ARAYA GƏLDİ - Nyu-Yorkda razılaşma + FOTOLAR
Bugün, 09:11 SİYASƏT
-
TÜRKİYƏDƏ NÖVBƏTİ SORĞU: seçicilər hansı partiyaya güvənir? - CƏDVƏL
Bugün, 09:01 SİYASƏT
-
Millətlər Liqası: 8 oyun oldu, hansı komandalar qalib gəldi?
Bugün, 00:47 İDMAN
-
Abdullah Avcı Super Liqaya geri dönür
Bugün, 00:28 İDMAN
-
Netanyahu BMT salonunda ona etiraz edənləri "qorxaq" adlandırdı, Ərdoğanı "qaraladı": "Cənab Ərdoğan, siz Qüdsün hökmdarı olmayacaqsınız"
Bugün, 00:21 GÜNDƏM
-
AK Partiyalı keçmiş bələdiyyə sədrinin evindən sərvət çıxdı
Bugün, 00:17 SİYASƏT
-
TÜRKİYƏNİN MALİYYƏ NAZİRİ İSTEFA VERİB? - Açıqlama yayıldı
Bugün, 00:12 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanına növbəti hücum həyata keçirib: "Hər hücuma çox sərt cavabımız olacaq"
Bugün, 00:12 DÜNYA
-
NATO baş katibindən xəbərdarlıq: "Rusiyanın silahlı qüvvələri sürətlə genişlənir" - "Alyansla Rusiya arasında potensial müharibə təhlükəsi var"
Bugün, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Antalyada turistləri daşıyan mikroavtobus qəza törətdi - 16 nəfər xəstəxanaya aparılıb
24.09.2026, 22:13 KRİMİNAL
-
Anar Ələkbərov "Formula 1" yarışında - FOTOLAR
24.09.2026, 21:37 GÜNDƏM
-
Ceyhun Bayramov İƏT Əlaqələndirmə İclasında çıxış edib
24.09.2026, 21:37 SİYASƏT
-
Si Cinpin Ağ Evdə Trampın gözünün içinə baxa-baxa dedi: "Çin və ABŞ döyüşərsə, itki çox böyük olar"
24.09.2026, 19:48 GÜNDƏM
-
Dörd bürcə yeni şanslar açılacaq
24.09.2026, 19:15 MƏDƏNİYYƏT
-
Azərbaycan ordusu təlimdə - VİDEOLAR (Yenilənib)
24.09.2026, 18:53 GÜNDƏM
-
Xankəndi Mədəniyyət Mərkəzində konsert olub
24.09.2026, 18:42 MƏDƏNİYYƏT
-
Bank kartları ilə bağlı daha bir qadağa var - Rəsmi məlumat yayıldı (Yenilənib)
24.09.2026, 18:02 İQTİSADİYYAT
-
Sahib Məmmədovun müavini vəzifədən ayrıldı - AHİK-də kompromat savaşı, yoxsa...
24.09.2026, 17:47 GÜNDƏM