AK Partiyalı keçmiş bələdiyyə sədrinin evindən sərvət çıxdı

AK Partiyalı keçmiş bələdiyyə sədrinin evindən sərvət çıxdı 

SİYASƏT

Bugün, 00:17

Türkiyənin Kırıkkale bölgəsindəki Ərdoğanın lideri olduğu AK Partiyalı və Baxçalının lideri olduğu MHP-li keçmiş bələdiyyə sədrləri saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kırıkkale Baş Prokurorluğu tərəfindən Yahşihan Bələdiyyəsinə qarşı korrupsiya və rüşvət ittihamı ilə açılan cinayət işi çərçivəsində AK Partiya üzvü olan sabiq bələdiyyə sədri Əhməd Sunqur və MHP-li keçmiş bələdiyyə sədri Osman Türkyılmaz da daxil olmaqla 35 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Məlumatda deyilir ki, hər iki şəxsin evində axtarış aparılıb. Bu zaman AK Partiyalı  Sunqurun evindən sərvət çıxıb: "Əhməd Sunqurun evində aşkarlanan pullarıı 5 polis məmuru bir neçə saat sayaraq aktlaşdırıblar. İstintaq davam edir".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR